Təbiətin sirri - Məhhəbbət Aclığa Qalib gəldi
Bir qadın izləyici Samburuda Kamunyak adını verdiyi dişi şir ilə antilopa balasını aşkar edir. Kamunyak bu balanı öz balası kimi qoruyur, anasız qaldığını yanında olaraq unutdurmağa çalışır. Antilopa balası ana südü tapa bilmədiyinə görə, dişi şir də onun aclığını görüb hətta avtomobildən onların hərəkətlərinə nəzarət edən qadının ona ət atdığına laqeyd yanaşaraq yeməkdən imtina edir. Kamunyak bir an belə onun yanından ayrılmır, hara gedirsə arxasıyca düşür. Sonda isə bir erkək şir gəlib antilopa balasını haldan düşmüş dişi şirin yanından apararaq yeməyə başlayır. Kamunyak həmin bu erkək şirin antilopa balasını parçaladığı yeri iylərək sanki öz vafət etmiş balasını ağlayır. Onlar 2 həftə bir yerdə olurlar. Sonra Kamunyak bir heyvan tutub nəhayət yeyir. Bir neçə müddətdən sonra o yenə 4 balaya baxır, amma ilk baxdığı qədər uzun çəkmir. Bəziləri ya aclıqdan ölür, ya da qaçıb gedir. Sonuncu balanı öz anası tapmışdı. Heyvanlar üzrə mütəxəssislərin araşdırmalarına görə bu dişi şir ya sonsuz olduğuna görə qurbanları ilə öz balası kimi davranırdı, ya da öz sülaləsini itirdiyinə görə bu cür davranırdı. Bununla da alimlər bir daha bu şirin təbiətin qanununu pozmasına çox təəccüb edərək həmin yeri xatirə dolu xeyli suallarla tərk edirlər. Mənim isə bu mənzərə ilə paylaşan istifadəçi-müəllif olaraq fikrim budur ki, Allah təala bu cür görüntülərlə son zamanlar biz vəhşiləşmiş insanlara çağırış edir. İndisə, həmin bu deyilənlərin bir daha şahidi ola bilərsiz, buyurun