Tüklərin biz-biz durmasına səbəb olan DƏHŞƏT... +16

01 Kasım 2014
1 755
0
Tüklərin biz-biz durmasına səbəb olan DƏHŞƏT... +16
RF-nın Nijniy Tagil şəhərində axşam saat 6 radələrində ürək parçalayan dəhşətli avtoqəza baş verdi. Valideynlərdən son dərəcə xahiş edirik ki, azyaşlı uşaqlarını və ürəyi zəif olan ailə üzvlərini monitorlardan uzaqlaşdırsınlar. Düz yolda 52 yaşlı ata (Serqey Xarlamov) 1 yaşlı oğlunun qatili oldu, amma bilmədən. Kiçik bir diqqətsizlik və ehtiyatslzlıq çox ağır itkiyə səbəb oldu. Hadisə belə oldu: Ata özünün yolsuzluq maşını olan “Nissan Safari” ilə ticarət mərkəzinə gəldi və əlbəttə özü ilə də üç övladını götürdü. İki övladı (qızı və kiçik oğlu) arxa oturacaqda, böyük oğlu isə yanında əyləşmişdi. Atanın ilk səhvi o oldu ki, sonbeşik övladı azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş kresloda əyləşdirilməmişdi. Bazardan çıxan anda, darvazanın lap qarşısında sözlə deyilməyəcək qədər dəhşət baş verdi. Avtomobilin sağ arxa qapısı gözlənilmədən açılır və kiçik övladı asfalta dəyir. O övlad ki, 52 yaşlı ataya cavanlıq əhval-ruhiyyəsi bəxş edirdi. Qapının bu şəkildə açılması anına heç kəs tez reaksiya verə bilməzdi. Sadəcə ata bunun baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməliydi. Uşaq atasının arxasında əyləşmişdi. Bəlkə də ata düşünüb ki, 5 dəq-lik gedirik bazara, tez qayıdacağıq. Acı sonluq barəsində qabaqcadan düşünərək ata övladını hər hansı bir kresloda əyləşdirməli, əgər kreslo yox idisə, heç olmazsa qayışla bərkidilməli ya da uzaqbaşı uşaqların əyləşdiyi qapı bloka qoyulmalı idi ki, əlləri təsadüfən də olsa, qapını aça bilməsin. Müxbir, sarsıntı içində boğulan atadan müsahibə alır, amma o demək olar ki, güclə danışır. Müsahibədən sonrakı kadrdan görünür ki, ata maşından düşərək elə bilir ki, oğlu sadəcə yerə düşüb və başı asfalta dəyib. Övladını yerdən qucağına qaldırıb maşına əyləşir, lakin 3-4 metr getməmiş avtomobilini saxlayıb düşür. Övladı artıq canını tapşırmışdı. Hadisə ilə bağlı cəza çəkəcəyi məlum deyil, ancaq vicdan cəzası ona hər ittihamdan ağır olacaq. Uşaq isə, həqiqətən Mələk kimi uçdu... Ağrısız, əziyyətsiz, dünyadan xəbərsiz şəkildə.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.