"Poeziya Ulduzları"ndan şeirlər.

05 Haziran 2021
1 019
0
Dəyərli şair, gənc yazar və tədqiqatçı Tanrıverdi Əliyevin "Poeziya Ulduzları" şeir kitabı haqqında...

"Poeziya Gecəsi" müəllifini ilk əsəridir. Kitabda çoxsaylı qoşmalar, bayatılar, aşiqanə qəzəllər, məsnəvilər və mənalı kəlamlar dərc edilmişdir. Şair qələmin gücü ilə oxucuları öz xəyal dünyasına dəvət edir. Məqsəd Türk-İslam dünyasına layiqli formada xidmət etməkdir. Kitabın redaktoru filoloq Məhəmməd İsayevdir. Tərtibat və dizayn müəllifi isə istedadlı dizayner, proqramist Hüseyn Şükürovdur.


Kitabdan bir neçə şeir:

TÜRKÜSTAN

Nə olaydı qurulardı hürr Türküstan
Dünya dönüb olardı güllü gülüstan
İlk öncə birləşsin Azərbaycanımız
Güneyi, quzeyi Dərbənd, İrəvanımız
Şah İsmayıltək yaradaq dövlətimizi
Duyuraq hər yana Hürriyyətimizi
Şimallı cənublu birləşək hamımız
İlham Əliyev ola haqq Sultanımız
Yaşasın! Yaşasın! vahid Azərbaycan
Məhv olsun qondarma ermənistan
Növbəti ölkəmiz qardaş Türkiyədir
Əsas məqdədləri Misaqe-Milliyədir
Əsl Türkiyədir Anadolu, Mosul,Şimali Suriya,
Üstünə də gələk oniki ada, Kipr qərbi Trakiya
Bu ideyaya görə Allahdan Atataürkə rəhmət
Bizə də eyləsin tezliklə mərhəmət
Yaşasın Vahid Türkiyə və Azərbaycan
İkisi də qardaşdır ikisidə bir can
Növbəti dövlətimizi Qazaxıstandır
Ondan sonra da Türkmənistandır
İkisinin də vəziyyəti çətindədir
Zalım Rusiyanın təsirindədir
İnşallah tezliklə hürr olacaqlar
Birlikdə Türküstanı quracaqlar
İki qardaşımız da var onları qeyd edək
Adlarını qürurla söyləyək
Bir qardaşımız can Qırğızıstandır
Biri də canımız Özbəkistandır
Allah qorusun Məzlum dövlətləri
Həmçinin də Çin əsarətindəki türkləri
Allah lənət eyləsin zalıma
Nifrətin töksün alçaq düşmana
İllərdir zülmdədir Uyğur türkləri
Hələ də yatıbdır dünya dövlətləri
İnşallah qurulsun türk birliyi
Hərkəs biləcək bizim kimliyi
Qıpçaq türklərindəndir Macarıstan
Nə böyük oldu vahid Türküstan
Rusiyanın özündə nə qədər türk var
Tıva, Sibir, tatar,çərkəz, kabarda balkar
Hamısı azad olacaq Allahın izniylə
Türk birliyi qurulacaq onun əmriylə
Yaşasın Yaşasın böyük Türküstan
Dünya dönüb olsun güllü Gülüstan


Vətən

Vətəndir insanın ana torpağı
Ömrünün mənası həyat qaynağı
Əzizdir hərkəsə bağatı bağı
Dağları gəzərkən, xəndan göründü

Xəzərə baxanda, dalğalar çoşur
Qağayı şığıyır heyrətlə uçur
İnsanın qüruru, yaxşıca dolur
Tufanlar önündə heyran göründü

Açıbdır laləzar yaşıl çəməndə
Xoşbəxt olur aşiq, yerli sevəndə
Rahatlıq tapır insan vətəndə
Torpağı gördükdə güldan göründü

Bu fani bədənim vətənə qurban
Mən olmuşam aşiq, ölkəmə heyran
Nə gözəl yaradıb vətəni Rəhman
Baxdıqca tarixə dastan göründü



Şəhid Hüseyn Abbasov


Zənn eyləməyin ki, yoxdur buradə Hüseyn
Həqq kar görmüşdür çatıbdır muradə Hüseyn
Şəhidi məqamə vəsl oldu, vətənçün qurbanə döndü
Fani aləmdən köçdü, yeri, cənnəti- rizvanə döndü

İsmi şərifi əzbər oldu dəhani-zəbandə
Nüfusu izzəti ərşə qalxdı hər məkandə
O, bu biədalət aləmdə həqiqət idi
Belə fani dünyadə bir əbədiyyət idi

Şəkksiz ki,qəlblərdə yaşayır, olsadə şəhid
Allah iylən şəhadəti qıldı peymani-əhid
Müzəffər idi qazandı dübarə hörməti
Bir şu dünyadə bir də cənnətdə izzəti

Nəşi olsada nurlu bir məzarda
Bu fani dünyayə baxır kənarda
Fəxrimizdi bizim şəhid Hüseynmiz
Hüsnünə qurbandır, könül qəlbimiz
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.