28.10.2017 Gündəlik Bürclər (28 Oktyabr 2017 Günlük Bürclər)

27 Ekim 2017
4 615
0
28.10.2017 Gündəlik Bürclər (28 Oktyabr 2017 Günlük Bürclər)
Qoç - Gündəlik fəaliyyətinizdən tutmuş şəxsi işlərinizə qədər hər şey olduqca standartdır. Bu səbəbdən vəziyyətiniz normal olanda da darıxırsınız. Bəlkə belə məhdud çərçivədən çıxasınız?!

Buğa - Mənfi enerjili Ayın sizin bürcdə qərar tutması əksər sahələrdə, ələlxüsus da qarşılıqlı münasibətlərdə sabitliyi poza bilər. Tələsik qərar çıxarmaq yolverilməzdir. Səhhətinizi qoruyun.

Əkizlər - Təzadlı bir gün yaşayacaqsınız. Əsəblərinizi tarıma çəkənlər də olacaq, sizə sevinc bəxş edənlər də. İnsanları tanıdığınız üçün müsbət enerjililərə daha yaxın olun. Evə gec getməyin.

Xərçəng - Neçə gündən bəri davam edən daxili gərginlik nahar ərəfəsində səngiyəcək. Amma üzərinizə düşən əsas vəzifə məsuliyyətinizi artırmaq olmalıdır. Axşam qonaqlıqda iştirakınız gözlənilir.

Şir - Ötən günlərdəki gərgin halınızdan əsər-əlamət qalmayacaq. Rastlaşdığınız adamlar çöhrənizə təbəssüm bəxş edəcək. Dostluqda sədaqət göstərənlərlə əlaqələrinizi daha da dərinləşdirin.

Qız - Ümumi ovqatınızda pis heç nə olmayacaq. İşlə bağlı problemləriniz də məhz bu gündən qaydasına düşəcək. Təxminən saat 16-dan sonra isə əsas diqqətinizi sağlamlığınıza yönəltməlisiniz.

Tərəzi - Gözəl fəslin bu gözəl yarpağında varlanma ehtimalınız böyük olacaq. Odur ki, pulla bağlı nə qədər planlarınız varsa, məhz bu təqvimə təyin edin. Sağlıq durumunuz qismən yaxşılaşacaq.

Əqrəb - Səhhətinizlə bağlı xırda problemlər olsa da, bu, ümumi işinizə mane olmayacaq. Hətta şəxsi büdcənizi artırmaq üçün də imkan qazanacaqsınız. Riskli və yeni işlərəsə baş qoşmayın.

Oxatan - Bu gün sülh günü, barışıq günüdür. Odur ki, mübahisələri münaqişəyə çevirməyin. Ədalətsiz adamlardan ədalət ummayın. Unutmayın ki, insanın oturuşmuş xarakterini dəyişmək mümkün deyil.

Oğlaq - Başlıca məsələ maliyyə durumunu yaxşılaşdırmaqdır. Əgər bu istiqamətdə əzmkarlıq nümayiş etdirsəniz, mütləq qazanacaqsınız. Bu gün yersiz risklərdən uzaq olun ki, başınız ağrımasın.

Dolça - Yaxşı olar ki, bu günü bütünlüklə pul məsələlərinə həsr edəsiniz. Mənasız məsrəflərə çox xərc çəkməyin. Çünki qarşıdakı həftədə cərəyan edən proseslər maddi durumunuzdan asılı olacaq.

Balıqlar - Qida rejiminə xüsusi diqqət yetirin. Bu, sağlamlığınızı qorumağın başlıca üsulu ola bilər. Fiziki zəifliyinizi aradan qaldırın. Əgər evdə iştahasız olursunuzsa, qonaq gedin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.