SOCAR-ın yeni əzəmətli inzibati binasının açılışı oldu

30 Mayıs 2016
1 944
0
SOCAR-ın yeni əzəmətli inzibati binasının açılışı oldu

SOCAR-ın yeni əzəmətli inzibati binasının açılışı oldu
Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.

Feat.az-ın APA-a istinadən məlumatına görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Prezident binanın rəmzi açılışını bildirən lenti kəsib.

SOCAR prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbəlidir.

Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan prezidentinin iştirakı ilə qoyulub.

Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.