WhatsApp-a çoxdan gözlənilən funksiya əlavə olundu

07 Kasım 2016
2 673
0
WhatsApp-a çoxdan gözlənilən funksiya əlavə olundu
WhatsApp-a animasiyalı GIF fotoların göndərilməsi və qəbul edilməsi funksiyası əlavə edilib.

WhatsApp-a çoxdan gözlənilən funksiya əlavə olundu

GIF fotoların dəstəyi demək olar ki, bütün messencerlərdə mövcuddur. Lakin bu bazarın lideri olan WhatsApp uzun müddət yalnız adi fotoları dəstəkləyirdi. WhatsApp-ın iOS və Android versiyaları üçün GIF formatlı animasiyalı fotoların göndərilməsi və qəbul olunması funksiyası əlavə olunub. Bununla yanaşı istifadəçilər öz videolarından da GIF animasiyalar yarada bilərlər. Bu halda video 6 saniyəni keçməməlidir. Bundan əlavə olaraq iOS istifadəçiləri Live Photos fotolarını GIF formatında göndərmək imkanını əldə ediblər. Sözügedıən funksiyalarla yenilənmə bitmir. Belə ki, istifadəçilər yeni GIF animasiyalar siyahısından artıq hazır GIF-ləri də göndərə bilərlər. Hələki beta versiya formatında olan yeni funksiyalar hamı üçün aktiv olmaya bilər. Lakin tədricən bütün istifadəçilər yeni funksiyalardan istifadə edə biləcəklər.

WhatsApp-a çoxdan gözlənilən funksiya əlavə olundu
technote.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.