Xiyarın bilinməyən möcüzəvi faydaları

14 Kasım 2016
2 510
0
Xiyarın bilinməyən möcüzəvi faydaları
Xiyar o tərəvəzlərdəndir ki, onsuz yay salatlarını təsəvvür etmək mümkün deyil.

Çünki xiyarın tərkibi faydalı maddələrlə zəngindir. Xiyarın əsas hissəsi sudan ibarətdir. Strukturlaşdırılmış və asanlıqla həzm olunan xiyar suyu demək olar ki, orqanizmə lazım olan bütün mikroelementlərlə zəngindir. Xiyarın tərkibində o qədər də çox vitamin yoxdur (C, E, B1, B2, Provitamin A), amma tərkibində bu qədər mikroelement və mineral olan tərəvəz azdır.

Xiyarın tərkibində qlükoza, fruktoza, nişasta, askorbin turşusu, qəhvə və fol turşuları, xlorofil, kalium, kalsium, fosfor, maqnezium, dəmir, natrium, xrom, xlor, kobalt, sirkonium, manqan, nikel, mis, sink, alüminium, gümüş və titan mövcuddur.

Tərkibindəki kaliumun zənginliyi sayəsində xiyar qan təzyiqini normallaşdırmaq xüsusiyyətinə malikdir. Yod qalxanvari vəzinin fəaliyyətini təmin edir və skleroza qarşı mübarizə xüsusiyyətini daşıyır.

Mis, mərkəzi sinir sisteminin fəaliyyəti və orqanizmin insulin istehsalı prosessində iştirak edir. Bu da, xiyarı şəkər xəstələri üçün mühüm qida məhsulu olmasını təmin edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.