Xəbərdarlıq: o işinizi atın!

17 Ağustos 2014
1 617
0
Xəbərdarlıq: o işinizi atın!
Xəbərdarlıq: o işinizi atın!


Milli.Az EL TV-yə istinadən bildirir ki, bu gündən etibarən avqustun ikinci ongünlüyünün sonunadək Naxçıvan Muxtar Respublikasında və bəzi Aran rayonlarında gündüz saatlarında maksimal temperaturun 40-43 dərəcəyə yüksələcəyi gözlənilir.

Mütəxəssislər bildirirlər ki, əgər iş yerində kondisioner və ventilyasiya sistemi yoxdursa, temperatur 41 dərəcəni keçdikdən sonra Əmək Məcəlləsinin tələblərinə görə, iş dayandırılmalı, yaxud fasilə verilməlidir. Havanın temperaturunu süni şəkildə tənzimləmək mümkün olan yerlərdə iş davam etdirilməlidir. Açıq hava şəraitində, o cümlədən də kənd yerlərində, sahələrdə və digər yerlərdə işləyənlər isə bu rejimi özləri tənzimləməlidirlər.

Həkim Oqtay Xəlilov deyir ki, bu cür hava şəraitində daha çox xroniki və patoloji xəstəliklərdən əziyyət çəkən insanlar ehtiyatlı olmalıdırlar:

"Yüksək təzyiqi olanlar, ürək xəstəlikərindən əziyyət çəkənlər, böyrək xəstələri və digər bu kimi xəstəlikləri olanlara günorta saatlarında, günün altında işləmək qəti qadağandır”.

Həkimlər bildirirlər ki, isti hava şəraitində insanların, xüsusilə də xəstəliyi olanların günün 1-ci yarısında saat 7-dən 12-dək, günün ikinci yarısında isə saat 20-dən 22-dək açıq havada işləmələri məsləhətdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.