Voleybolçu qızlarımızın növbəti sınağı
Bu gün qadın voleybolçulardan ibarət yığmamız Avropa Liqasında növbəti oyununu keçirəcək. Feat.az saytının məlumatına görə, B qrupunda yer alan Azərbaycan millisi meydan sahibləri ilə üz-üzə gələcək.
Belə ki, komandamızın rəqibi Monteneqro olacaq.
Qeyd edək ki, Faiq Qarayevin yetirmələri dünən Fransa ilə keçirilən ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.
B qrupu
4 iyun
22:00. Azərbaycan – Monteneqro