Ayaqdakı tükləri azaltmağın YOLLARI

31 Mayıs 2016
2 263
0
Ayaqdakı tükləri azaltmağın YOLLARI
Hər bir qadının ən böyük problemlərindən biri ayaqları tez-tez təraş etmək məcburiyyətində qalmaqdır. Lakin müəyyən yollara əl atmaqla təraş arasındakı zamanı uzada bilərsiniz.

Kisələyin

Kisələyən zaman ayaqlarda dərinin içərisində qalan tük follikullarını çıxara bilərsiniz. Üzərindən ülgüclə təmizlədikdə dərinizin ipək kimi yumşaq olduğunu görəcəksiniz.

Ayaqlarınızı fırçalayın

Bərbərlərin istifadə etdiyi fırçaları, təraş köpüyünü siz də ayaqlarınıza sürtmək üçün istifadə edə bilərsiniz.

Ən yaxşı ülgücdən istifadə edin

Əgər dəriniz qurudursa, buna uyğun ülgüc seçməlisiniz. Yaxşı bir nəticə əldə etmək üçün isə birdən çox bıçağı olan ülgüclərdən istifadə edin. Hər dəfə yeni ülgücdən istifadə etsəniz, daha yaxşı nəticələr əldə edə bilərsiniz.

Düzgün təraş etmək

Tüklərin çıxış istiqamətinin əksinə təraş edin. Belə olduqda tüklər daha yaxşı təmizlənir.

Köhnə üsullar

Limon, şəkər tozu və bal qarışığı hazırlayın. Bu qarışığı 2-3 dəqiqə mikrodalğalı sobada saxlayın. Daha sonra incə təbəqə şəklində ayaqlarınıza sürtün.

Lobyadan istifadə edin

Soya tərkibli lasyon tapın və bundan istifadə edin. Bunun içərisindəki lobya tüklərin böyüməsinə mane olma baxımından yararlıdır.

Pəhriz

Yeyilən qidalar da bu baxımdan mühüm rol oynayır. B6 vitamininin sorulmasını azaldan karbohidratlar yeməkdən çəkinin.

Alternativ üsullardan istifadə edin

Şirniyyatlama kimi üsullardan istifadə edin. Çünki şəkər tozu da təbii lazer effektinə malikdir. Tüklərin miqdarını azaldır.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.