Qadınları daha da cəlbedici göstərən 3 rəng - FOTOLAR
Gündəlik həyatımızda geyimlərin rəngi heç də az əhəmiyyət daşımır. Cəmi bir neçə rəngdən istifadə etməklə siz həm öz tərzinizi, həm də özünəməxsus obrazınızı yarada bilərsiz.
Sitilistlərin fikirincə siz cəmi 3 rənglə zərif və "bahalı” tərzinizi tamamlaya bilərsiz.
Ağ rəng
Sanki ağ rəng deyir "Məndə hər şey o qədər yaxşıdı ki, ictimai nəqliyyatdan istifadə etmirəm. Mənim rayonumda isə küçələr sabun ilə yuyulub"
• Ağ rəngə qara və tünd rəngli aksesuarlar əlavə etməklə siz gözəl bir görünüş ala bilərsiz.
• ağ rənglə mavi və boz rəng də yaxşı gedir
• ağ bir palto geyinməkdən də çəkinməyin. Qara bir eynək taxmaqla siz görnüşünüzü tamamlamış olacaqsız.
• ağ rəngli ayaqqabı və çantanı istənilən rəngə uyğunlaşdıra bilərsiz.
Qırmızı rəng
Qırmızı həmişə dəbdə olan rəngdir. Bu rəngdən adətən cəsarətli qadınlar istifadə edir. Xanımlar, qırmızı kişilərin də diqqətini çəkən rənglərdəndir.
• Qırmızı əhvalınıza təsir edəcək.
• "Qırmızı ilə qara daha uyğundur” sözünü unudun. Qara əvəzinə qəhvəyi çalarlar yaxud, açıq-qəhvəyi rəng seçin. Yüngül ayaqqabı və ya qara rəngli kiçik aksesuarlar istisna ola bilər.
• İstənilən qırmızı rəngli aksesuar sizin statusunuzu artıracaq.
• Qırmızı rəngli üst geyimlərini eyni rəngli ayaqqbı ilə də geyə bilərsiz. Qırmızı rəngli dodaq boyası isə bu geyimlə möhtəşəmdi.
• Açıq və ağ rəngli geyimlərsə, qırmızı ilə əvəzedilməzdir.
Tünd göy rəng
Tünd göy sakit zəriflikdir.
• Qırmızı və ağ rənglə bu rəngin uyğunluğu mükəmməldir. Qara rəngli ayyaqqabı və göy rəngli çanta paltarınızı tamamlayır. Eləcədə ağ kofta, göy ətək yaxud şalvar və əksinə çox mükəmməldir.
• Bu rəngdən həm gündüz, həm də gecə ziyafət geyimlərində istifadə etmək olar.