May ayında niyə toy etmirik? - "Boş ay"da cinsi aktivlik... / EKSPERT RƏYİ

29 Nisan 2017
2 064
0
May ayında niyə toy etmirik? - "Boş ay"da cinsi aktivlik... / EKSPERT RƏYİ
May ayı gələndə toy edənlərin sayı azalır. Səbəb odur ki, Azərbaycanda may ayında toy keçirmək dəb sayılmır.

Feat.Az
bildirib ki, məsələyə psixoloq Elnur Rüstəmov münasibət bildirib. O, metbuat.az-a bildirib ki, məsələnin konkret izahı yoxdu, bu dədə-babadan gələn bir sözdür:

"May ayı həmişə əkin ayı olub. İnsanlar əkin-biçinlə məşğul olduqlarına görə, belə fikir yürüdüblər ki, may ayında toy etməzlər, boş aydır”.

Psixoloq Elnur Rüstəmov əlavə edib ki, bu düşüncə insanların şüuraltına təsir edib. Bəziləri evlənməyə qorxur ki, birdən evliliyi uğursuz olar:

"Bu, psixologiyada şüuraltı proqramlama adlanır. Çalışın ki, bu cür fikirlərdən uzaq olun. Əgər niyyətiniz yaxşıdırsa, sağlam bir təməl üzərində evliliyinizi qurursunuzsa, o zaman gözləməyin nə mənası var?

Bəzi həkimlər may ayında cinsi aktivliyin artdığını qeyd edir. Ginekoloqlar iddia edir ki, yeni ailə quran xanımlarda hamiləlik dövrü adətən bu aylardan etibarən başlayır.

Həkimlərin bu iddiaları nə dərəcədə doğrudur? May ayında evlənməyin tibbi zərərləri varmı?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Metbuat.az-a açıqlamasında deyib: “Bu məsələnin heç bir tibbi tərəfi yoxdur. Bu sadəcə olaraq mifdir. İstənilən ayda ailə qurmaq olar. Bunun heç bir zərəri yoxdur”.

Dində də bunun hər hansı izahatı verilmir. Dini ekspertlər hesab edir ki, kütləviləşməkdə olan bu stereotip avamlıqdan, cahillikdən yaranır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.