Feat.Az

Mənə bir dərman yaz,məhəbbət olsun.

08 Avqust 2016
588
0
Mənə  bir dərman yaz,məhəbbət  olsun.
Mənə bir dərman yaz,məhəbbət olsun.

Yaman ağrıyıram, qəlbim incidir,
Eşqim coşub daşıb büruzə verir.
Elə xəstəyəmki ,tamam sezilir,
Mənə bir dərman yaz,məhəbbət olsun.

Nə yollar kecərək,nə yollar aşdım,
Dilim topuq caldı,dolaşdı caşdım.
Gəlmişəm yanına, dərdim danışdım,
Mənə bir dərman yaz,məhəbbət olsun.

Əllərim üyüşür, gözüm qaralır,
Baxışlar özümdən özümü alır.
Vaxt gedir, rəngim də solur saralır,
Mənə bir dərman yaz,məhəbbət olsun.

Sonum nə olursa qoy olsun, xoşdur,
Eşqsiz yaşamağın mənası yoxdur.
Nəbzimi tutginən, carə et doxdur,
Mənə bir dərman yaz, məhəbbət olsun.

Müəllif: SEYMUR SÖNMƏZ PAŞAYEV
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz