Fərqli dad: susuz un halvası - RESEPT

13 Ekim 2017
1 887
0
Fərqli dad: susuz un halvası - RESEPT
Fərqli dadlarda şirniyyat yeməyi hər birimiz xoşlayırıq. Fərqli dadda şirniyyat yemək istəyirsinizsə, Feat.Az-ın bu reseptini sınayın. Sizə susuz un halvasının reseptini təqdim edirik.

Lazım olanlar:

500 qram un
250 qram pudra şəkəri
400 qram kərə yağı
1 çay qaşığı rəndələnmiş limon
150 qram iri döyülmüş fındıq
1 paket vanil

Hazırlanması:


Unu bir qazana tökün, az odda yavaş-yavaş, rəngi dönənə qədər qovurun. Yağı ayrı bir qabda yumşalana qədər otaq temperaturunda saxlayın. Xəfifcə qovrulmuş unun içinə yumşaldılmış kərə yağını tökün və qovurmağa davam edin. Digər yandan iri döyülmüş fındığı əlavə edərək, daha az odda qovurun. Un və yağ yumşalıb asan qarışmağa başlayanda halvanı ocaqdan götürün. Dərhal halvanın içinə zaman pudra şəkəri, vanil və limon rəndəsini tökün və qarışdırın. İsti-isti qaşığa doldurub üzərinə başqa bir qaşıqla basın. Forma verdiyiniz halvaları düz bir boşqaba sıra ilə düzün.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.