Portağallı peçenye resepti.

05 Ocak 2015
6 810
0
  Portağallı peçenye resepti.
  Portağallı peçenye resepti.

Vəsaitlər:

1,5 su stəkanı un
Yarım çay qaşığı qabartma tozu
Yarım stəkan badam
Otaq istiliyində 90 qram kərə yağı
Yarım stəkan pudra şəkəri
Rəndələnmiş 1 portağal qabığı
1 çay qaşığı vanil
2 yumurta


Hazırlanması:

Sobanızı əvvəldən 180 dərəcədə isidin.
Bişirmə kağızını soba nimçəsinə qoyun və yağlayın.
Bir qabda un və qabartma tozunu qarışdırın, daha sonra badamı içinə atın.
Ayrı bir qabda qalınlaşana qədər yağ və şəkəri mikserlə çırpın.
İçinə portağal qabığı, vanil və yumurtanı əlavə edin çırpmağa davam edin.
Ardından unu əlavə edin.
Təxminən 24 dənə yumru peçenye şəkli verilmiş xəmiri, soba nimçəsinə qoyun.
Peçenyeləri sobaya verib 10-12 dəqiqə bişirin.
Bir az soyuduğunda üzərinə pudra şəkəri səpib xidmət edin.

NUŞ OLSUN!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.