Məmmədbağır Bağırzadə - Darıxıram
Yadına sal o günləri, oduna yanan mən olmuşam
Həsrətini çox çəkimşəm, sənsiz darıxan mən olmuşam
Bilməm nə oldu yenə, nə sözüm dəydi sənə, bilmirəm yenə
Darıxıram, darıxıram, darıxıram sənsiz yenə
Gülüşünü, yerişini, hey salıram yada
Necə dözüm ay sevgilim bu hicrana, mən bu dünyada
Neyləyim, neyləyim bilmirəm
Hicrana, möhnətə dözmür ürək
Ah, darıxıram, darıxıram, darıxıram sənsiz yenə
Son gedişin bir il, günləri sayan mən olmuşam
Əkdiyimiz güllər solub, gül təki solan mən olmuşam
Bilməm nə oldu yenə, nə sözüm dəydi sənə, bilmirəm yenə
Darıxıram, darıxıram, darıxıram sənsiz yenə
Gülüşünü, yerişini, hey salıram yada
Necə dözüm ay sevgilim bu hicrana, mən bu dünyada
Neyləyim, neyləyim bilmirəm
Hicrana, möhnətə dözmür ürək
Ah, darıxıram, darıxıram, darıxıram sənsiz yenə
Sözləri: Zivər Ağayeva
Bəstəkarı: Məmmədbağır Bağırzadə