09.01.2016 Gündəlik Bürclər (9 Yanvar 2016)

08 Ocak 2016
3 120
1
09.01.2016 Gündəlik Bürclər (9 Yanvar 2016)

09.01.2016 Gündəlik Bürclər (9 Yanvar 2016)

Qoç - Günün ilk yarısında mümkün qədər ehtiyatlı olun. Çünki sizə qarşı təxribat hazırlandığı güman olunur. Nahardan sonrakı ərəfəni isə bütünlüklə ailə-sevgi məsələlərinə həsr edin.

Buğa - Səhər saat 07:23-dən mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün yeni, riskli və ağlınız kəsməyən işlərdən imtina etməlisiniz. Əgər dinimizə riayət etsəniz, uğurlarınız yaxınlaşacaq.

Əkizlər - Yeni simalarla, xoş təsadüflərlə rastlaşma ehtimalınız böyükdür. Hətta bir neçə sürpriz də mümkündür. Saat 19-dan sonra bütün təkliflərdən imtina edin, hətta xeyirli görünsə də.

Xərçəng - Şəxsi işlərinizdə əsaslı dönüşə başlamaq istəyirsinizsə, bu təqvimdən yararlanın. Təcrübəli adamların məsləhətindən nəticə çıxarın. Həmkarlarınızla səmimi davranın. Sürprizlər gözlənilir.


Şir - Təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, səfərə də çıxasınız. Ümumiyyətlə, bu gün uzaqda yaşayan doğmalarınızla mütləq əlaqə saxlamalısınız. Ədalət prinsiplərindən çıxmayın.

Qız - Kifayət qədər uğurlu gündür. Nəzərdə tutduğunuz bütün ədalətli planların reallaşacağı gözlənilir. Qonaq getmək ehtimalınız da var. Amma gərək gecəni öz evinizdə keçirəsiniz.

Tərəzi - Yalnız istirahətə aludə olun. Hər hansı fəaliyyət və ya riskli sövdələşmə zərərinizə ola bilər. Özünüzü hər hansı münaqişələrdən qoruyun. Nahardan sonra qonaq getməyə dəyər.

Əqrəb - Maraqlı bir gün yaşayacaqsınız. Ətrafınızda olan hər şey ürəyinizcə olacaq. Ulduzlar günün ikinci yarısını gəzinti və əylənəcələrə, qonaqlıqlara həsr etməyinizi tövsiyə edir.

Oxatan – Göy qübbəsi bu təqvimdə bütün külli-ixtiyarı öz əlinizə verəcək. Deməli, proseslərin inkişafı çıxardığınız qərarlardan asılı olacaq. Ədalətli addımlar atın, Tanrı hökmünü unutmayın!

Oğlaq - Yeni əlaqələrə başlamaq üçün şanslı ərəfədir. Çalışın ki, təşəbbüskarlığı əldən verməyəsiniz. Nahardan sonra aldığınız bütün təkliflərə razılıq verin. Riskdən qorxmayın.

Dolça - Sağlamlığınıza zidd işlər görməyiniz ümumi əhvalınızda passivlik yarada bilər. Odur ki, səhhətinizə qarşı diqqətli olun. Yeni planlarınızı bir daha götür-qoy edin. Sədəqə verməkdən çəkinməyin.

Balıqlar - Fəaliyyət zəminində böyük uğurlara gedən yolu tapacaqsınız. Buna görə də hər şeyi dəfələrlə ölçüb-biçin. Asudə vaxtlarınızı isə xilas mənbəyiniz olan məhəbbətə həsr edin.mir.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
alara
  • alara
  • 8 Ocak 2016 22:17
bu gun yaxsi seyler esitdim gezintideki hazirliqdan basqa ne olacaqki
RƏY ƏLAVƏ ET