19.01.2016 Gündəlik Bürclər (19 Yanvar 2016)

18 Ocak 2016
2 418
4
19.01.2016 Gündəlik Bürclər (19 Yanvar 2016)

19.01.2016 Gündəlik Bürclər (19 Yanvar 2016)

Qoç- Əslində yeni il sizin üçün bu gün "başlayır". Çünki 2015-cü ildə nəzərdə tutduğunuz planların icrası günorta saatlarından start götürəcək. Varlanma ehtimalınız da var.

Buğa - Pulla bağlı uğurlarınız gözlənilsə də, qarşılıqlı münasibətlərdə və sağlıq durumunuzda xoşagəlməzliklər ola bilər. Bu amili nəzərə alıb davranışınıza və qidanıza fikir verin.

Əkizlər - Ulduzlar doğma və yaxınlarınızla soyuq davranışınızdan şikayətçidir. Bunu aradan qaldırmaq üçün digər işləri təxirə salmaq da olar. Əsas vaxtınızı sevimlilərinizlə keçirin.

Xərçəng - İxtiyarınızda olan bu təqvimdə keçmiş günahlarınızdan qurtulmağınız üçün bir sıra addımlar atmalı, ehtiyac olarsa, tövbə etməlisiniz. Uzaqda yaşayan doğmalarınızla əlaqə yaradın.


Şir - O qədər də səmərəli gün deyil. Lakin güc və potensialınızdan istifadə etməklə vəziyyətin axarını maraqlarınıza uyğunlaşdıra bilərsiniz. Ailədəki narahatçılığa özünüz son qoyun.

Qız - Yaxşı olardı ki, fəaliyyətlə bağlı bütün işlərinizi təxirə salasınız. Münasibətlər zəminində bu qədər çatışmazlıqlar olduğu halda hansısa işə enerji itirməyə lüzum yoxdur.

Tərəzi - Yaxşı olar ki, gün boyu maliyyə məsələlərində riskli addımlardan çəkinəsiniz. Əks təqdirdə aldadıla bilərsiniz. İstənilən situasiyada obyektiv qərar verməyə çalışın.

Əqrəb - Ümumi atmosfer passiv olduğundan hansısa qeyri-adi işlərə girişməyin. Əsas enerjinizi qarşılıqlı münasibətlərə yönəldin. Səmimi insanlarla bir araya gəlmək əhvalınızı yüksəldəcək.

Oxatan - Günün ümumi mənzərəsi normaldır. Qəlbinizə yaxın olan insanlara qarşı səmimi və qayğıkeş olun. Əgər maddi durumunuz yaxşıdırsa, ehtiyac duyanlara bacardığınız qədər kömək edin.

Oğlaq - Qarşılıqlı münasibətlərdə rastlaşdığınız xoş ovqat digər məsələlərdə də irəliləyiş yaradacaq. Özünüzü cəmiyyətdən təcrid olunmuş hala salmayın. Həyatın gözəlliyini duyun.

Dolça - Baxmayaraq ki hava soyuqdur, qəlbinizin istiliyi ətrafınızda olanları sizə qarşı daha da mərhəmətli edəcək. Nə vaxtsa rastlaşdığınız haqsızlıqları xatırlamaqdan əl çəkin.

Balıqlar - Bütün vücudunuzu bürüyən müəmmalara son qoyun. Tarix boyu belə hallar heç kimə uğur gətirməyib. Dünyanı düzəltməkdən əvvəl öz qüsurlarınızı aradan qaldırmağa çalışın.mir.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 19 Ocak 2016 15:43
    gulu gordun meni
  2. AloneGirl
    Yaxwi gun olar InwAllah
  3. alara
    • alara
    • 18 Ocak 2016 21:59
    bilmirem eslinde riskli adimlar ataciydimda indide qorxuram neyniyim bilmirem
  4. SEHRI
    • SEHRI
    • 18 Ocak 2016 21:44
    Dolca burcu aaaa ne bildiz ne vaxtsa olunan haqsizligi xatirlamaqdan vaz kecmirem))) calisacam xatirlamiyim.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.