29.11.2017 Gündəlik Bürclər (29 Noyabr 2017 Günlük Bürclər)

28 Kasım 2017
5 023
0
29.11.2017 Gündəlik Bürclər (29 Noyabr 2017 Günlük Bürclər)
Qoç - "Özüm hər şeyi bilirəm" fikrinə aludə olmaqla ətrafda özünüzə qarşı ikrah oyada bilərsiniz. Bir qədər xoşrəftar olun. Təmasda olduğunuz şəxslərlə aranızda nəzakət tellərini artırın.

Buğa - Planetiniz olan Yupiterin aktivlik nöqtəsinə çatması sizi bir neçə uğurlu hadisə ilə rastlaşdıracaq. Darıxdığınız adamlardan bir neçəsini görəcək, təzə xəbərlər eşidəcəksiniz.

Əkizlər - Həddindən ziyadə uğurlu gündür. Göy qübbəsi qarşınıza bir neçə sürpriz çıxaracaq. Buna hazır olun. İştirakçısı olduğunuz bütün sövdələşmələr əhəmiyyətli olacaq. Axşam qonaqlıq gözlənilir.

Xərçəng – Risk etmək olmaz. Əks təqdirdə bütün proseslər əleyhinizə işləyəcək. Xüsusən də pul və sənədləşdirmə məsələlərində ayıq-sayıqlığınızı artırın. Yalnız adi işlə məşğul olun.

Şir - Gecədən bəri Ayın bürcünüzdə olması fikirlərinizdə çaşqınlıq yarada bilər. Bunu anladığınız təqdirdə bütün ciddi işləri təxirə salmalısınız. Qida rejiminizə fikir verin. Uzaq yola çıxmayın.

Qız - Bu gün hansısa perspektivli iş görəcəyiniz inandırıcı deyil. Astroloji göstəricilər yalnız gözləmə mövqeyində durmağınızı məsləhət görür. Saat 17-19 arası hər bir məsələdə ehtiyatlı olun.

Tərəzi - Öhdənizdə olan bu təqvimdən hansısa uğur gözləməyiniz əbəsdir. Ən azı ona görə ki, həftənin ən passiv gününü yaşayacaqsınız. Odur ki, başınızı adi işlərlə qatmağa çalışın.

Əqrəb - Əməkdaşlıq zəminində uğurlu gün olsa da, təcrübəsizlik göstərib müvəffəqiyyətdən uzaq ola bilərsiniz. Odur ki, lazımi adamlardan məsləhət almağı unutmayın. Axşamı öz evinizdə keçirin.

Oxatan - Təzadlı gün olsa da, hansısa uğursuzluqla qarşılaşmayacaqsınız. Çünki psixoloji dəyanətiniz buna imkan verməyəcək. Rəqiblərinizə qarşı üzüyumşaqlılıq nümayiş etdirməyin.

Oğlaq - Fəaliyyət göstərdiyiniz müəssisələrdə təmkininizi qorumağa çalışın. Hətta haqsız addımların şahidi olsanız belə, cavab tədbirlərini sonraya saxlayın. Mübahisə sizə uğur gətirməyəcək.

Dolça – Kənar təsirlərə məruz qalacağınızı bildirən Göy qübbəsi özünüzü ələ almağı, şayiələrə uymamağı məsləhət görür. Zəif insanların inamından sui-istifadə etməyiniz böyük günahdır. Axşam qonaq gedin.

Balıqlar – Təşəbbüskarlığı ələ ala bilsəniz, heç bir məyusluqla üzləşməyəcəksiniz. Özünüzü qürurlu aparın. Yeni əlaqələr karyeranızda böyük təkan yarada bilər. Xırdaçılığa meyl etməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.