16.01.2018 Gündəlik Bürclər (16 Yanvar 2018 Günlük Bürclər)

15 Ocak 2018
5 658
0
16.01.2018 Gündəlik Bürclər (16 Yanvar 2018 Günlük Bürclər)
Qoç - Astroloji göstəricilər xoş bir təqvim yaşayacağınızı bildirir. Xüsusən də saat 14-dən sonra bir neçə sürprizlə rastlaşma ehtimalınız var. Şəxsi büdcənizi artırmaq üçün canfəşanlıq göstərin.

Buğa - Diqqətli olun, sizi aldada bilərlər. Ələlxüsus da peşə-sənət fəaliyyətində, işgüzar sövdələşmələrdə ayıq-sayıqlığınızı artırmalısınız. Düşünülməmiş riskə ehtiyac yoxdur.

Əkizlər - Bürcünüzün "hakimiyyət dövrü" daraldıqca işgüzarlığınız da artmaqdadır. Bu səbəbdən şəxsi büdcənizi qorumalı, fəaliyyət istiqamətlərini dəqiqləşdirməlisiniz. Mübahisələrdən qaçın.

Xərçəng - Maraqlı adamlarla görüşəcəyinizi bəyan edən ulduzlar hazırkı perspektivləriniz üçün bunun böyük səmərə verəcəyini deyir. Başqa maraqlı olaylarla da qarşılaşacağınız istisna olunmur.

Şir - Uğurlarınıza təkan verildiyindən qlobal problemləriniz arxada qalmaqdadır. Lakin rəqiblərlə münasibətdə ehtiyatı əldən buraxmamalısınız. Adı təhlükədə hallanan vəzifəlilərdən uzaq olun.

Qız - Əvvəlki günlərlə müqayisədə sağlıq durumunuz qənaətbəxşdir. Bundan irəli gələrək fəaliyyətinizi aktivlik müstəvisinə yönəltmək imkanı qazanacaqsınız. İşgüzar görüşləri təxirə salmayın.

Tərəzi - Yaxşı olar ki, özünüzü bütünlüklə sevgiyə həsr edəsiniz. Çünki məhəbbətin himayədarı olan planetinizin (Venera) ideal nöqtədə qərar tutması aktivliyiniz xeyli artıracaq.

Əqrəb - Ulduzların düzümü kənar təsirlərə məruz qalacağınızdan xəbər verir. Ələlxüsus da saat 12-15 arası ehtiyatı əldən buraxmamalısınız. Sevgi münasibətlərini arxa plana salmayın.

Oxatan - İlin-günün bu vaxtında orqanizminiz də passivləşməyə vaxt tapıb. Halbuki indiki ərəfədə qarşınızda çoxsaylı vəzifələr var. Deməli, səhhətinizi qorumaqla hər şeyə nail ola bilərsiniz.

Oğlaq - Kənardan hansısa dəstək alacağınız inandırıcı deyil. Bu səbəbdən də yalnız öz gücünüzə arxalanın. Göy qübbəsi görüş və müzakirələrə gecikməməyi tövsiyə edir. Riskdən qorxmayın.

Dolça - Bəxtinizdə maraqlı bir gün durur. Qarşınıza çıxan bütün şanslardan yararlanın. Şəxsi büdcənizin azlığından şikayətlənməyin. Axı hələ hər şey itirilməyib. Azacıq səbr edin.

Balıqlar - Hiss olunur ki, ətrafınızda cərəyan edən hadisələr sürətli olsa da, cansıxıcı təsir bağışlayır. Amma bu, ötəridir. Əgər qərarlarınızda qətiyyət göstərsəniz, narahatlıq olmayacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.