17.01.2018 Gündəlik Bürclər (17 Yanvar 2018 Günlük Bürclər)

16 Ocak 2018
6 338
0
17.01.2018 Gündəlik Bürclər (17 Yanvar 2018 Günlük Bürclər)
Qoç - Müəyyən məziyyətlərinə görə gərgin gündür. Az qala hər tərəfdən sizə maneələr olacaq. Özünüzdə təpər tapıb hər havaya oynamayın. Saat 15-dən sonra vəziyyətiniz sabitləşəcək.

Buğa - Dəstəyə ehtiyacınızın olduğunu nəzərə alan ulduzlar bu gün sizə kömək göstərəcək. Öz növbənizdə siz də aktivlik göstərməlisiniz. Saat 14-dən sonra daha cəsarətli addımlar atın.

Əkizlər - Qarşınızda duran bu təqvimdə hamıdan şanslı olacağınız gözlənilir. Varlanma ehtimalınız da var. Amma uzaq səfərlərə çıxmaq üçün əlverişli ərəfə deyil. Axşam qonaq getmək olar.

Xərçəng - Çıxardığınız hər bir qərarı dəfələrlə götür-qoy edin. Yanlışlığa yol verməyin. İlk növbədə nüfuzunuzu qoruyun. Astroloji göstəricilər yeni ideyalara yiyələnəcəyinizdən xəbər verir.

Şir - Havaların dəyişkənliyi sizin üçün o qədər də səmərəli deyil. Bu səbəbdən diqqətli və alicənab olmalısınız. Yeni təkliflər aldığınız təqdirdə imtina etməyə tələsməməlisiniz.

Qız - İmkan daxilində oturaq işlərdən uzaqlaşmalı, səyyar fəaliyyətlə məşğul olmalısınız. Qarşılıqlı münasibətlərdə isə hər şey ürəyinizcə olacaq. Vaxt tapıb qohum ziyarətinə də gedin.

Tərəzi - Səhhətinizdəki nasazlığa dözə bilsəniz, bu təqvimin ümumi çalarları ürəyinizcə olacaq. Hətta nahar ərəfəsində şəxsi büdcənizdə artım da gözlənilir. Açıq havada çox durmayın.

Əqrəb - İxtiyarınızda olan bu təqvimdə ehtiyatlı olmalısınız. Bir məsəldə deyilmişkən, "soyuq su da dodağınızı yandıra bilər". Bunun üçün ilk növbədə riskli hərəkətlərdən, tələsik qərarlardan uzaq olun.

Oxatan - Zodiak işarələri arasında yeni işlərə başlamaq üçün daha çox sizin bəxtiniz gətirə bilər. Nəzərə alın ki, bu gündən etibarən uzun müddət qarşınızda sipər olan qapılar açılacaq.

Oğlaq - Yalnız maliyyə işlərinizdə müəyyən geriləmə mümkündür. Qalan məsələlərdə isə sevindirici məqamlarınız çox olacaq. Qohum-qonşularla, eləcə də həmkarlarınızla mehriban olun.

Dolça - Bir tərəfdən səhhətinizdəki nasazlıq, digər tərəfdənsə işlərinizin ləng inkişafı sizdə çaşqınlıq yarada bilər. Özünüzü itirməyin. Sövdələşmələrdə risk etməyə dəyməz.

Balıqlar - Əməkdaşlıq zəminində bəxtiniz gətirə bilər. Çünki ulduzların düzümü istənilən sövdələşmədən xeyir qazanacağınızı bəyan edir. Xüsusən də günün ikinci yarısı sürprizləriniz olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.