19.01.2018 Gündəlik Bürclər (19 Yanvar 2018 Günlük Bürclər)

18 Ocak 2018
5 447
0
19.01.2018 Gündəlik Bürclər (19 Yanvar 2018 Günlük Bürclər)
Qoç - Yaxşı olardı ki, fəaliyyətlə bağlı bütün işlərinizi təxirə salasınız. Münasibətlər zəminində bu qədər çatışmazlıqlar olduğu halda hansısa işə enerji itirməyə lüzum yoxdur.

Buğa - Baxmayaraq ki hava soyuqdur, qəlbinizin istiliyi ətrafınızda olanları sizə qarşı daha da mərhəmətli edəcək. Nə vaxtsa rastlaşdığınız haqsızlıqları xatırlamaqdan əl çəkin.

Əkizlər - Ümumi atmosfer passiv olduğundan hansısa qeyri-adi işlərə girişməyin. Əsas enerjinizi qarşılıqlı münasibətlərə yönəldin. Səmimi insanlarla bir araya gəlmək əhvalınızı yüksəldəcək.

Xərçəng - Günün ümumi mənzərəsi normaldır. Qəlbinizə yaxın olan insanlara qarşı səmimi və qayğıkeş olun. Əgər maddi durumunuz yaxşıdırsa, ehtiyac duyanlara bacardığınız qədər kömək edin.

Şir - Qarşılıqlı münasibətlərdə rastlaşdığınız xoş ovqat digər məsələlərdə də irəliləyiş yaradacaq. Özünüzü cəmiyyətdən təcrid olunmuş hala salmayın. Həyatın gözəlliyini duyun.

Qız - Əslində yeni il sizin üçün bu gün "başlayır". Çünki 2013-cü ildə nəzərdə tutduğunuz planların icrası günorta saatlarından start götürəcək. Varlanma ehtimalınız da var.

Tərəzi - Bütün vücudunuzu bürüyən müəmmalara son qoyun. Tarix boyu belə hallar heç kimə uğur gətirməyib. Dünyanı düzəltməkdən əvvəl öz qüsurlarınızı aradan qaldırmağa çalışın

Əqrəb - Yaxşı olar ki, gün boyu maliyyə məsələlərində riskli addımlardan çəkinəsiniz. Əks təqdirdə aldadıla bilərsiniz. İstənilən situasiyada obyektiv qərar verməyə çalışın.

Oxatan - Pulla bağlı uğurlarınız gözlənilsə də, qarşılıqlı münasibətlərdə və sağlıq durumunuzda xoşagəlməzliklər ola bilər. Bu amili nəzərə alıb davranışınıza və qidanıza fikir verin.

Oğlaq - Ulduzlar doğma və yaxınlarınızla soyuq davranışınızdan şikayətçidir. Bunu aradan qaldırmaq üçün digər işləri təxirə salmaq da olar. Əsas vaxtınızı sevimlilərinizlə keçirin.

Dolça - İxtiyarınızda olan bu təqvimdə keçmiş günahlarınızdan qurtulmağınız üçün bir sıra addımlar atmalı, ehtiyac olarsa, tövbə etməlisiniz. Uzaqda yaşayan doğmalarınızla əlaqə yaradın.

Balıqlar - O qədər də səmərəli gün deyil. Lakin güc və potensialınızdan istifadə etməklə vəziyyətin axarını maraqlarınıza uyğunlaşdıra bilərsiniz. Ailədəki narahatçılığa özünüz son qoyun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.