28.02.2018 Gündəlik Bürclər (28 Fevral 2018 Günlük Bürclər)

27 Şubat 2018
6 019
0
28.02.2018 Gündəlik Bürclər (28 Fevral 2018 Günlük Bürclər)
Qoç - Səhhətinizlə bağlı xırda narahatçılığınızı nəzərə almasaq, günün ümumi mənzərəsi xeyrinizə olacaq. Ələlxüsus da nahardan sonra cərəyan edən olaylara görə bu təqvimdən razı qalacaqsınız.

Buğa - Çoxsaylı görüşlərdə iştirak edəcəyinizdən xəbər verən ulduzlar hansısa xoşagəlməzliklə rastlaşma ehtimalınızı təkzib edir. Əksinə, ətrafınızda olanların hər biri ovqatınızı yüksəldəcək.

Əkizlər - Hiss olunur ki, darıxdırıcı məqamlar yaşamaqdasınız. Bəzən də düşünürsünüz ki, zülmətə bürünmüş dünyamızın təklənmiş sakinisiniz. Baxışlarınızı dəyişin. Çünki yanlış fikirləşirsiniz.

Xərçəng - Maliyyə problemləriniz artsa da, nəzərdə tutduğunuz işlərin öhdəsindən gələcəksiniz. "Hakim" bürc olduğunuzdan enerjiniz artacaq, günortadan sonra maraqlı insanlarla görüşəcəksiniz.

Şir - Uzaq səfərə çıxmağa dəyər. Çünki Göy qübbəsi deyilən istiqamətdə bəxtinizi parlada bilər. Kosmik məkanın astroloji mənzərəsi yaxınlarınıza laqeyd qalmamağı tövsiyə edir.

Qız - Böyük yeniliklər astanasındasınız. Bu səbəbdən də hazırkı sıxıntılarınıza görə narahat olmayın. Səbrli və ümidli olun ki, yaxınlaşmaqda olan sürprizlər sizdən yan keçməsin.

Tərəzi - Götür-qoy etmək limmitiniz başa çatdığı üçün konkret işə keçin. Artıq bu ərəfədə hansı perspektivlərə yiyələnəcəyinizi təyin etməlisiniz. Müttəfiqlərinizi dəqiqləşdirin.

Əqrəb - Ay bürcünüzdə olduğu üçün fiziki işləri azaltmalı, əsas diqqəti istirahətə yönəltməlisiniz. Yaxşı olar ki, saat 14-17 arası ziyarətə gedəsiniz. Pul sövdələşmələrini isə təxirə salın.

Oxatan - Əsas enerjinizi əməkdaşlıq istiqamətinə yönəldin. Elə taktika seçin ki, ətrafda ikrah oyatmasın. Sevgilinizlə romantik bir gəzintiyə çıxmaq, münasibətləri aydınlaşdırmaq üçün də düşərlidir.

Oğlaq - İstər sağlıq durumunuzda, istərsə də əməli fəaliyyətinizdə mövcud olan xoşagəlməzliklər artıq arxada qalacaq. Ona görə də qarşınızda duran öhdəliklərə layiqincə əməl edin.

Dolça - Bəri başdan yadda saxlayın ki, bu təqvimdə çoxsaylı və maraqlı hadisələrlə baş-başa qalacaqsınız. İstər ailə-sevgi münasibətlərində, istərsə də fəaliyyətdə hər şey ürəyinizcə olacaq.

Balıqlar - Həftənin ən ideal təqvimini yaşayacaqsınız. Ən böyük uğurlarınız isə məhəbbət aləmində baş verəcək. Əgər aktivlik göstərsəniz, nahardan sonra varlana da bilərsiniz. Uzaq yola çıxmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.