02.03.2018 Gündəlik Bürclər (2 Mart 2018 Günlük Bürclər)

01 Mart 2018
8 199
0
02.03.2018 Gündəlik Bürclər (2 Mart 2018 Günlük Bürclər)
Qoç – Səhər saatlarında müəyyən problemlərdən keçəcəksiniz. Təmkininizi qorumaqla bu gərginliyi minimal itki ilə başa vura bilərsiniz. Günün qalan vaxtı müsbət çalarlı olacaq.

Buğa – Təxminən saat 15-ə qədər nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Hansısa problemin yaranacağını düşünməyin. Sonrakı müddətdə isə diqqətli olmalısınız.

Əkizlər – Astronomik quruluşun o qədər də qənaətbəxş olmaması köhnə münaqişələri təzələməyinizin qorxulu olacağını göstərir. Bu səbəbdən bütün gücünüzlə neytrallığınızı qorumalısınız.

Xərçəng – Düşərli bir gün yaşayacaqsınız. Ailə üzvlərinizlə, gündəlik ünsiyyətdə olduğunuz insanlarla mülayim davranın ki, bu hal davamlı olsun. Şəxsi büdcənizi bərk-bərk qoruyun.

Şir – Ötən günlərin gərginliyindən əsər-əlamət qalmayacaq. Üstəlik, gələcək həyatınızda önəmli rol oynaya biləcək şəxslərlə rastlaşmaq ehtimalınız da var. Müqəddəs məkanlara mütləq baş çəkin.

Qız – Ağlınız kəsməyən və ya keçmişi qaranlıq olan istənilən şəxslə işbirliyi qurmaqdan çəkinin, ağır fəsadları ola bilər. Əgər planınızda olsa, uzaq səfərə çıxın ki, daxili rahatlığınız bərpa olunsun.

Tərəzi – Boş dayanmağa lüzum yoxdur. Hər fürsətdən yararlanın: istirahət və əyləncələri arxa plana salın. Ola bilsin ki, axşama doğru sevincinizi artıran fəaliyyət sürprizləri yaşayasınız.

Əqrəb – Maraqlı insanlarla rastlaşacağınızdan xəbər verən Göy qübbəsi bu təqvimdən razı qalacağınızı bəyan edir. Əgər daxili orqanlarınızı qoruya bilsəniz, hər hansı fəsad olmayacaq.

Oxatan – Qarşınızda unikal bir tarix dayanıb. Demək olar ki, bütün proseslərdən mənfəət götürəcəksiniz, əlbəttə əgər bütün planlarınız ədalət prinsiplərinə söykənərsə. Dilinizi duasız etməyin.

Oğlaq – İmkan daxilində çalışın ki, təşəbbüskarlıq başqalarında olsun. Çünki bu gün istənilən riskiniz iflasa uğraya bilər. Daxili gücünüzü ənənəvi vəzifələrinizin icrasına yönəldin.

Dolça – Ümumi gedişat maraqlı bir təqvim yaşayacağınızı bəyan edir. Hər şeyə yenidən başlayın. Əgər üç dəfədən çox cəhd etdiyiniz işlər boşa çıxırsa, onlardan imtina edin. Səfərə çıxa bilərsiniz.

Balıqlar – Kosmik fon uğursuz olduğu üçün bir çox məsələlərə ehtiyatla yanaşmalısınız. Maliyyə sahəsində isə bütün növ planlarınızı dondurmağınız məsləhətdir. Yalandan keçən işlərdən yayının.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.