03.03.2018 Gündəlik Bürclər (3 Mart 2018 Günlük Bürclər)

02 Mart 2018
5 805
0
03.03.2018 Gündəlik Bürclər (3 Mart 2018 Günlük Bürclər)
Qoç - Bütün enerjinizi fəaliyyət müstəvisinə yönəldin. Zərrə qədər də olsa, tənbəlliyə, başısoyuqluğa yol verməyin. Ötən aydan yarımçıq qalmış mühüm işlərinizi hərəkətə gətirin.

Buğa - Nə qədər çətin olsa da, bu təqvimi təmkinlə başa vurmalısınız. Əks təqdirdə Novruz gününə qədər mühüm planlarınızın reallaşma ehtimalı olmayacaq. İşlərinizdə daha çox məntiqə əsaslanın.

Əkizlər - Mərhəmətli olun ki, ətrafınızdakı insanların rəğbətini qazanasınız. Ümumiyyətlə, bu gün ulduzlar müştərək yönümdə daha çox uğur qazanacağınızdan xəbər verir. Axşam evə tez gedin.

Xərçəng – Qəribə də görünsə, ulduzlar bu gün daha çox təkbaşına hərəkət etməli olduğunuzu tövsiyə edir. Əks təqdirdə aldığınız məsləhətlər cəhdlərinizi boşa çıxaracaq. Sevdiklərinizlə mübahisələrə yol verməyin.

Şir - Bütün addımlarınızda mövqeyinizi açıq şəkildə ortaya qoyun. Reallığı nəzərə alın ki, sizə şübhə ilə yanaşanların sayı azalsın. Bu gün büdcənizi artırmaq üçün işıq ucu tapacaqsınız. Ümidinizi heç vaxt itirməyin.

Qız – Fiziki cəhətdən çox yorulduğunuzu nəzərə alan ulduzlar əsas vaxtı istirahətə yönəltməyi tövsiyə edir. İqlimin dəyişkənliyi daxili orqanlarınızda neqativ hallar yarada bilər. Səfərə çıxmaq olmaz.

Tərəzi - İlahi qanunlara zidd hərəkətlər etməsəniz, ulduzlar sizi sevindirəcək. Hətta ola bilər ki, çoxdan arzuladığınız məqamlar da yetişsin. Ürəyinizə yaxın insanlarla əlaqə yaradın.

Əqrəb - İşinizdə və yeni əməkdaşlıq istiqamətində şanslarınız məhdud olacaq. Hətta bunlar baş versə də, nəticə uğursuz görünür. Bu səbəbdən də əsas vaxtınızı mənəvi istirahətə ayırın.

Oxatan - Ətrafınızda olan insanların əksəriyyəti fikir və rəylərinizə inanmır, səmimiyyətinizə şübhə ilə yanaşırlar. Bu münasibəti dəyişmək üçün özünüzü sübut edin. Axşam xoş yeniliklər gözlənilir.

Oğlaq - Ürəyinizdə Tanrı sevgisi varsa, cılız insanların atmacalarından qubarlanmayın. Nəzərə alın ki, hər insanın öz xisləti var və hamıda qüsur axtarmağa da çalışmayın. Sülhpərvər olun.

Dolça – Şəxsi büdcənizi artırmaq üçün şanslarınız olacaq. Odur ki, deyilən istiqamətdə aktivləşməli, əlinizdən gələni etməlisiniz. Hər addımda ədalət prinsiplərini, doğruluğu əsas götürməlisiniz.

Balıqlar - Yeni işlərə başlamaq, müqavilələr bağlamaq üçün şanslarınız olacaq. Amma çalışın ki, bütün sövdələşmələri nahardan sonraya saxlayasınız. Lazımsız məsrəflərə pul xərcləməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.