04.03.2018 Gündəlik Bürclər (4 Mart 2018 Günlük Bürclər)

03 Mart 2018
5 874
0
04.03.2018 Gündəlik Bürclər (4 Mart 2018 Günlük Bürclər)
Qoç - Ümumi gərginliyi nəzərə alıb gün ərzində ehtiyatlı taktikalardan istifadə etməlisiniz. Hər hansı mübahisə və hiyləgərlik müsbət nəticə verməyəcək. Riskli işlərdən uzaq olun.

Buğa - Ulduzlar gün ərzində külli-ixtiyarı özünüzə verəcək. Bu səbəbdən də atdığınız addımlara, verdiyiniz qərarlara diqqət yetirməlisiniz. Nahardan sonra maraqlı hadisələrin şahidi olacaqsınız.

Əkizlər - Fəaliyyət göstərdiyiniz yerlərdə iş yoldaşlarınızla münasibətləri yaxşılaşdırın. Kiminsə yersiz atmacalarına əhəmiyyət verməyin. Saat 13-dən sonra daxili süstlüyünüz səngiyəcək.

Xərçəng - Məhəbbət və nifrət! Gün ərzində bu iki amildən maksimum istifadə edəcəyiniz gözlənilir. Amma yaxşını kimə, pisi kimə yönəldəcəyinizi özünüz təyin edin. Səhhətinizə də fikir verin.

Şir - Yeni işgüzar əlaqələrə başlamaq üçün uğurlu ərəfədir. Amma aldanma ehtimalınızın olacağını göz önünə gətirib ehtiyatı da əldən verməməlisiniz. İşdə məsuliyyətinizi hiss edin.

Qız - Özünüzdən böyüklərin və nə vaxtsa sizə yaxşılıq edənlərin üzünə ağ olmayın. Unutmayın ki, atalar "su gələn arxa bir də gələr" deyib. İkili düşüncələrdən xilas olmağa çalışın.

Tərəzi - Səhhətiniz qaydasında olduğuna tam əminsinizsə, ən ciddi işlərin həllinə başlamağa dəyər. Saat 17-yə qədər böyük perspektivdən xəbər verən sövdələşmələrdə iştirakınız labüddür.

Əqrəb - İxtiyarınızda olan bu təqvimdə əsasən emosiyalarınızı buxovlamalı, qeyri-ciddi işlərinizi təxirə salmalısınız. Ümumiyyətlə, ətrafda hər şeyin sabit olması üçün əzmkarlıq göstərməlisiniz.

Oxatan - Özünüzü aparıcı şəxs kimi təqdim etməyin. Yoxsa ətrafdakıların ikrahını qazana bilərsiniz. Hər halda, obyektiv fikirlərə də qiymət verməlisiniz. Riskli qərarlardan yayının.

Oğlaq - Maddi durumunuzu yaxşılaşdırmaq üçün geniş imkanlarınız var. Təxminən saat 12-dən etibarən bu yönümdə əzmkarlığınızı artırmalısınız. Bu gün başqalarının rəyini ciddi qəbul etməyin.

Dolça - Potensial enerjinizin zəifləməsi fəaliyyətinizin passivləşməsinə rəvac verir. Buna baxmayaraq, bürcünüzə xas olmayan mistikaya meyl etməməlisiniz. Kənardan dəstək əldə etməyə çalışın.

Balıqlar - Köməyə böyük ehtiyacınız olduğunu görən Göy qübbəsi xidmətinizdə duracaq. Belə ki, nahardan sonra etibar etdiyiniz adamlardan dəstək alacaqsınız. Onları aramaqla məşğul olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.