15.04.2018 Gündəlik Bürclər (15 Aprel 2018 Günlük Bürclər)

14 Nisan 2018
5 257
0
15.04.2018 Gündəlik Bürclər (15 Aprel 2018 Günlük Bürclər)
Qoç - Saat 15-ə qədər bütün vacib işlərinizi yekunlaşdırın. Çünki göstərilən müddətdə iştirakçısı olduğunuz proseslər xeyrinizə cərəyan edəcək. Sonrakı saatlarda neytrallıq nümayiş etdirin.

Buğa – Astroloji enerji bütün gücü sevgiyə yönəltməyi tövsiyə edir. Çünki bu gün yeganə uğurunuz bu sahədə olacaq. Digər məsələlərdə isə qalmaqal gözlənilir. Vəzifəli adamlarla ehtiyatlı davranın.

Əkizlər - Təxminən saat 13-dən etibarən ulduzlar qarşınızda bir neçə şans yaradacaq. Ələlxüsus da gələcək perspektivlər üçün bu fürsətin əhəmiyyəti böyük olacaq. O vaxta qədərsə gözüaçıq olun.

Xərçəng - Səhhətinizlə bağlı problem yoxdursa, uğurlu gün hesab etmək olar. Üzərinizə düşən vəzifələrin məsuliyyətini dərk etsəniz, planlarınızın əksəriyyəti reallaşacaq. Tanrını yaddan çıxarmayın.

Şir – Gecə saat 01:11-dən mənfi enerjili Ay bürcünüzdə olsa da, nəzərdə tutduğunuz planlar müsbət həllinə yaxınlaşacaq. Dedi-qodudan uzaq olun. Məişət problemlərini deyil, mənəvi duyğularınızı qabardın.

Qız - Qarşınızda duran gündə Göy qübbəsi daha çox neytrallıq nümayiş etdirməyinizi tələb edir. Ciddi sövdələşmələri, riskli məsələləri (ələlxüsus pulla bağlı) təxirə salın.

Tərəzi - Kifayət qədər uğurlu gündür. Hətta havaların dəyişkənliyi də ovqatınıza mənfi təsir göstərməyəcək. Məhəbbət amilinə daha çox diqqət yetirin, işgüzar sövdələşmələri sürətləndirin.

Əqrəb - Ulduzların düzümü daha çox qarşılıqlı münasibətlər zəminində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Bu yönümdə sevgi amilini daha çox qabardın. Axşamsa ehtiyatlı olun.

Oxatan - Bir qədər mistik təqvimdir. Amma əminik ki, siz belə bir gündə falçı və ya cadugər yanına yox, müqəddəs ziyarətgahlara, ibadət yerlərinə baş çəkəcəksiniz. Pulla bağlı ehtiyatlı olun.

Oğlaq - Yeni əlaqələr qurmaq, nəzərdə tutulan planların icrası üçün sövdələşmələrdə iştirak etmək baxımından çox səmərəli gündür. Səhhətinizlə bağlı problemləriniz isə tədricən qaydasına düşəcək.

Dolça - Həddindən ziyadə səmərəli bir gün yaşayacaqsınız. Qonşu və qohumlarla təmkinli və ədalətli davranın. Sevindirici xəbərlər, uğurlu hadisələr ovqatınızı yüksəldəcək.

Balıqlar - Fəaliyyətlə bağlı uğurlarınız birə-beş qat arta bilər. Bunun üçün həmkarlarınızla əlaqələri dərinləşdirməli, yeni iş təkliflərinə başdansovdu yanaşmamalısınız. Risk etməkdən qorxmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.