14.04.2018 Gündəlik Bürclər (14 Aprel 2018 Günlük Bürclər)

13 Nisan 2018
5 613
0
14.04.2018 Gündəlik Bürclər (14 Aprel 2018 Günlük Bürclər)
Qoç - Ulduzlar digər məsələlər haqqında sussa da, fəaliyyət sahəsində sizi böyük müvəffəqiyyətlər gözlədiyini bəyan edir. Odur ki, bu istiqamətdə istənilən təklifi qəbul etməyə dəyər.

Buğa - Təzə xəbərlər yolunuzu gözləyir. Hətta yeni iş təklifləri alacağınız da mümkündür. Odur ki, işgüzar əlaqələrinizi dərinləşdirməlisiniz. Uzaq səfərləri hələlik təxirə salın.

Əkizlər - Maddi durumunuz müəyyən qədər dirçələ bilər. Bu şərtlə ki, büdcənizə işıq salan bütün instansiyalara üz tutasınız. Gün ərzində oturaq fəaliyyətdən uzaq olmanız məsləhətdir.

Xərçəng - İxtiyarınızda olan bu təqvim qarşınızda böyük öhdəliklər qoyacaq. Yaxın həftə üçün görəcəyiniz işləri konkretləşdirin. Çalışın ki, çıxardığınız qərarlar ədalət prinsiplərinə söykənsin.

Şir - Bu füsunkar günlə layiqincə davransanız, yaxın perspektivlərinizdə parlaqlıq qazana bilərsiniz. Əsas vəzifəniz səhhətinizi qorumaqdan ibarət olmalıdır. Mübahisələrdən yayının.

Qız - Ailə-sevgi münasibətlərində müəyyən qanqaraçılığı müşahidə olunacaq. Bunun qarşısını almaq üçün proqnozunuzu oxuyan kimi səbr nümayiş etdirməli, mübahisələrdən uzaq olmalısınız.

Tərəzi - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də günün ikinci yarısında uzaqgörənliyə ehtiyacınız olacaq.

Əqrəb - Bəxtinizə inana bilərsiniz. Belə ki, çoxsaylı məqamlarda olduğu kimi bu gün də hansısa probleminiz gözləmədiyiniz halda həll olunacaq. Sevginizi məhdudlaşdırmayın.

Oxatan - Təxminən saat 14-ə qədər nəqliyyatla, eləcə də təhlükəli cihazlarla ehtiyatlı davranın ki, xəsarət almayasınız. Nahardan sonra isə sevindirici məqamlar mümkündür.

Oğlaq - Bütün diqqətinizi ailə məsələlərinə, eləcə də tərəf-müqabilinizlə münasibətlərə yönəldin. Hər hansı mübahisə başağrınıza səbəb ola bilər. Yersiz hücumlarınızı dondurun.

Dolça - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Hətta ətraf mühitin ürəyinizcə olmaması da sizə mane olmayacaq. Aldığınız təkliflərdən imtina etməyə tələsməyin. Götür-qoy edin.

Balıqlar – Özünüzə çox da güvənməyin. Çünki mövcud durumunuz qürrələnməyə heç bir əsas vermir. Yaxşı olar ki, sadəlik nümayiş etdirəsiniz. Yaxınlarınızın çətinliyinə biganə yanaşmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.