18.04.2018 Gündəlik Bürclər (18 Aprel 2018 Günlük Bürclər)
Buğa - Maddi firavanlığa qovuşmaq haqqında düşünməkdənsə, iş prinsipində aktivliyinizi artırın. Saat 15-17 arası maraqlı hadisələrin şahidi olacaqsınız. Ailə üzvlərinizə qayğı göstərin.
Əkizlər - Zəhmətinizə qiymət verilmirsə, əbəs yerə enerji itirməyə dəyməz. Ulduzlar özünüzə yer tapa bilmədiyinizdən xəbər verir. Yaxşı olar ki, fəaliyyəti istirahətlə kompensasiya edəsiniz.
Xərçəng - Yeni əlaqələrdə kifayət qədər uğurlara nail olmaq üçün bir neçə şans qazanacaqsınız. Bu səbəbdən ünsiyyətdə olduğunuz adamlarla münasibətlərinizi dərinləşdirməyə çalışmalısınız.
Şir - Hər mənada xoş ərəfədir. Keçmişin ağrı-acısını da xatırlamasanız, daha füsunkar olar. Günün ikinci yarısında təzə xəbərlərin, sevindirici hadisələrin şahidi və iştirakçısı olacaqsınız.
Qız - Səmərəli vaxt yaşayacağınız ehtimal olunur. Xüsusən də sevgi münasibətlərində xoş duyğulara sahib olacaqsınız. Sizə kömək etmək istəyənlərə qarşı şübhələrinizi aradan qaldırın.
Tərəzi - Bu qədər dözmüsünüz, bir az da səbr edin. Nəzərə alın ki, bu gözəl gün sizə böyük sürprizlər vəd edir. Amma ulduzlar daha çox fəaliyyətlə məşğul olmağınızı məsləhət görür.
Əqrəb - Ulduzların düzümü əsəbi situasiyalardan uzaq olmağınızı, əvəzində aktivliyi artırmağınızı tövsiyə edir. Axşama yaxın maddi durumunuz yaxşılaşmalıdır. Gərginliyə həvəs göstərməyin.
Oxatan - Yeni tanışlarınız sayəsində bəzi problemləriniz həll oluna bilər. Sadəcə olaraq, bu işdə prosesləri lazımi istiqamətə özünüz yönəltməlisiniz. Ötən səhvlərinizi təkrarlamayın.
Oğlaq - Bu təqvim sizin üçün əlamətdar olacaq. Ən azı maraqlı və sevindirici xəbərlər eşidəcəksiniz. Qonşu və qohumlarla mülayim davranın. Sevgi münasibətlərində də uğurlarınız gözlənilir.
Dolça - Əgər səhhətiniz gümrahdırsa, ixtiyarınızda olan bu gündə probleminiz olmayacaq. Yeni və böyük işlərə başlamaq üçün əlinizə fürsət düşəcək. Evinizə qonaq gələcəyi gözlənilir.
Balıqlar - Yaxşı olar ki, bu ərəfəni dini ayinlərə həsr edəsiniz. Əgər vaxtınızın çoxunu İlahiyə dualar etməklə başa vursanız, bunun savabı daha çox olacaq. Sevindirici hadisələr də gözlənilir.