09.05.2018 Gündəlik Bürclər (9 May 2018 Günlük Bürclər)

08 Mayıs 2018
5 588
0
09.05.2018 Gündəlik Bürclər (9 May 2018 Günlük Bürclər)
Qoç - İnsanlarla münasibətdə səmimi olun, cığallıq etməyin. Ələlxüsus da ailə-sevgi zəminində doğru olanlarla razılaşın. Bu gün boş məsrəflərə pul xərcləmək, içki içmək, yalan vəd vermək olmaz.

Buğa - Günün birinci yarısından hansısa yeniliyi gözləməyə dəyməz. Sonrakı müddətdə isə taleyinizdə müsbət rol oynayan insanlarla görüşüb, gələcək planlarınızı müzakirə edə bilərsiniz.

Əkizlər - Mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, təxminən saat 15-ə qədər neçə vaxtdan bəri dondurduğunuz işləri davam etdirmək olar. Bu gün təkliflərə "hə" desəniz də, uzaq səfərə çıxmayın.

Xərçəng - Əgər günün ilk yarısını sabitlik şəraitində başa vursanız, sonrakı saatlarda qənaətbəxş məqamlar yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdə bir çox müsbət yeniliklər də gözlənilir.

Şir - Daxili orqanlarınızda mövcud olan xoşagəlməzliyi dəf etmək üçün pəhriz saxlamalısınız. Bu gün hər hansı pul sövdələşmələrindən yayının. Ailədaxili problemlərə başısoyuq yanaşmayın.

Qız - Yersiz risklər və sübut olunmamış məsələlərə birmənalı rəy bildirmək sizə başucalığı gətirən deyil. Odur ki, hər mənada obyektiv olun. Axşama doğru yeniliklərin şahidi olacaqsınız.

Tərəzi - Bəri başdan anlayın ki, sizin üçün fəaliyyətdə uğur gətirən ərəfə başlamaqdadır. Əgər daxili gücünüzə əminsinizsə, risk etməkdən qorxmayın. Növbəti on gündə görəcəyiniz işləri indidən planlaşdırın.

Əqrəb – Qarşınızda may ayının ən uğurlu təqvimlərindən bir durub. İstər qarşılıqlı münasibətlərdə, istərsə də maliyyə məsələlərində vəziyyət ürəyinizcə olacaq. Vədələşdirilən görüşlərə gecikməyin.

Oxatan - Ulduzların düzümü qayğılarınızın çox olduğunu və ətrafda olanlara az ümid etdiyinizi bildirir. Elə isə bu təqvimdən yararlanıb Tanrıya sığının. Yalnız bu halda nicat tapacaqsınız.

Oğlaq - Günün ümumi mənzərəsi çox sahədə xeyrinizə deyil, ələlxüsus da saat 11-13 və 20-21 arası. Əgər yalan vədlər verməsəniz, riskdən qaçsanız, müəyyən qədər irəliləyişlər ola bilər.

Dolça - Ulduzlar səhhətinizdə müəyyən problemlərin olacağını bildirir. Qida orqanlarınızı qoruyun. Bu gün hər hansı yeni işə başlamağın, sövdələşmə aparmağın uğurlu sonu olmayacaq.

Balıqlar - İxtiyarınızda olan bu təqvimdə hər bir hadisəni analiz etmək başlıca vəzifənizə çevrilməlidir. Yalnız bu halda nəzərdə tutduğunuz əksər planların uğurlu həllinə nail ola bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.