07.10.2018 Gündəlik Bürclər (7 Oktyabr 2018 Günlük Bürclər)

06 Ekim 2018
4 628
0
07.10.2018 Gündəlik Bürclər (7 Oktyabr 2018 Günlük Bürclər)
Qoç - Yaxşısı budur, adi işlərin həlli ilə məşğul olasınız. Onsuz da dünyanı nə tam şəkildə dərk edən, nə də ona bütünlüklə sülh gətirən olub. İmkan verməyin ki, həmkarlarınızla aranıza girənlər olsun.

Buğa - Ümumi atmosferin müsbət axarına riayət edib yalnız savab işlər görməyə çalışın. Yaşca özünüzdən böyük insanların məsləhətinə qulaq asın, kiçiklərə isə qayğı göstərin. Yeni təkliflərə razılıq verin.

Əkizlər - Dünənə baxıb bu günə şükr etməyi bacarın, mövcud durumunuzdan şikayətlənməyin. Çünki sizdə bütün xeyirlər düşüncənizin təhərinizdən asılıdır. Yüksək çinli məmurlarla əlaqələri dərinləşdirin.

Xərçəng - Özünüzü tənha hiss etməklə sizə nicat olmayacaq. Yaxşısı budur, üzərinizə düşən öhdəlikləri dəqiqləşdirib, onun həlli yollarını tapasınız. Sevginizdə olan boşluqları doldurun ki, qəlbiniz rahat olsun.

Şir - Ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək. Perspektivli sövdələşmələr, o cümlədən şəxsi büdcədə artım yolunuzu gözləyir.

Qız - Gün ərzində üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qətiləşdirmək, tərəfdaşlarınızı sınamaq və yeni layihələri reallaşdırmaq üçün sövdələşmələr aparmaqdır. Qeyri-ənənəvilikdən qaçın.

Tərəzi - Kosmik fon müvəffəqiyyət mərhələsinə qədəm qoymanızdan xəbər verir. Lakin boşluqlarınız da var. Bu baxımdan ilk növbədə ailə-sevgi məsələlərinə diqqət ayırmalı, qazancınızı boş məsrəflərə xərcləməməlisiniz.

Əqrəb - Qarşınızda sizə uğur gətirəcək bir təqvim durur. Bunun üçün öncə özünüzü mübahisəli situasiyalardan, risk və xəstəliklərdən qorumalı, həmçinin uzaq səfərləri də təxirə salmalısınız.

Oxatan - Ulduzlar səhhətinizə fikir verməyi məsləhət görür. Uzaq səfərləri isə bacardığınız qədər təxirə salın. İndi sizə mübahisələrə girişmək, böyük və müəmmalı məsələlər barədə müzakirələr aparmaq yolverilməzdir.

Oğlaq - Riskli pul sövdələşmələrinə girişməsəniz, günün ümumi ovqatı sizi məmnun edəcək. Tərəddüd etdiyiniz məqamlarda təcrübəli insanların məsləhətlərinə baş vurun. Günortadan sonra səfərə çıxmaq olar.

Dolça - Ulduzlara inansaq, indiki əziyyətləriniz vaxtında qarşınıza çıxan şanslardan yararlanmamağınızdan irəli gəlir. Amma bu “qara zolaq” nahardan sonra zəifləməyə başlayacaq, deməli, siz də güclənəcəksiniz.

Balıqlar - Hansısa xoşagəlməzliyin baş verəcəyinə inanmayın. Üstəlik, bir az səmimi olun, dünyamızı, insanları daha çox sevin. Təxminən saat 16-dan sonra bir neçə önəmli hadisə ilə rastlaşacaqsınız. Yalan danışmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.