10.10.2018 Gündəlik Bürclər (10 Oktyabr 2018 Günlük Bürclər)

09 Ekim 2018
4 956
0
10.10.2018 Gündəlik Bürclər (10 Oktyabr 2018 Günlük Bürclər)
Qoç - Axşam saatlarına qədər mənfi enerjili Ayın sizin bürcdə qərar tutması ümumi işlərinizdə lənglik yaradacaq. Bu səbəbdən bütün vacib işlərinizi mümkün qədər təxirə salın. Qidanıza diqqət yetirin.

Buğa – Təəssüflər olsun ki, ötən gün mövcud olan gərginliyiniz davam edə bilər. Bunun üçün gərək Tanrı nizamına əl uzatmayasınız. Çətinliyinizi dəf etmək üçün etibarlı dostlarınızla bir araya gəlin.

Əkizlər - Hər mənada düşərli gün demək olar. Çünki nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirə biləcəksiniz. Üstəlik, maliyyə çətinlikləriniz də aradan qalxacaq.

Xərçəng – Qarşınızda xoş təəssüratlar yarada bilən hadisələr durur. Odur ki, öhdəliyinizdə duran vacib işlərin çoxusuna yetişə bilərsiniz, xüsusən də yeni iş qurmaq istiqamətində. Maddi durumunuz da qənaətbəxşdir.

Şir – Saat 12-dən etibarən iş müstəvisində bəzi kəm-kəsirləriniz qaydasına düşməlidir. Sənədləşdirmə işlərində diqqətli olun. Həlledici anlarda təcrübəli adamlarla məsləhətləşməkdən çəkinməyin.

Qız- Kifayət qədər maraqlı bir gün yaşayacaqsınız. Yeni insanlarla ünsiyyət, tanışlıq və perspektivli sövdələşmələr gələcəyə nikbin baxmağınıza səbəb olacaq. Doğmalarınızla mümkün qədər əlaqə saxlayın.

Tərəzi- Proqnozunuzu hazırlayarkən istifadə etdiyimiz bütün mənbələr daha çox səhhətinizə fikir verməyinizin vacibliyini önə çəkir. Bunu bacarsanız, heç bir narahatçılıqla rastlaşmayacaqsınız. Səfərə çıxmayın.

Əqrəb - Maraqlı tanışlıqlar yolunuzu gözləyir. Bu, perspektivlərinizə xidmət etdiyi təqdirdə, fəaliyyətə də müəyyən qədər fasilə vermək olar. Başqalarının sizə verdiyi istənilən sirrə sadiq qalın.

Oxatan– Qarşınızda sakit bir gün durur. Neytrallığınızı qorumaqla yalnız uğur qazanacaqsınız. Fəaliyyət müstəvisində başqalarının dediyindən daha çox öz təcrübənizə bel bağlayın ki, uduzmayasınız.

Oğlaq – Ulduzlar ünsiyyətdə olduğunuz insanların bədxahlığına neytral yanaşmağınızın əleyhinədir. Çünki uğursuzluqlarınızın əksəriyyəti cəsarətsizliyinizdən irəli gəlir. Aktiv olun ki, ədalət qalib gəlsin.

Dolça – Bürcünüzün Göy qübbəsində aktiv nöqtəyə çatması digər Zodiak işarələri ilə müqayisədə sizin daha enerjili və işlərinizin daha perspektivli olacağınıza təminat verəcək. İşgüzar sövdələşmələrdən çəkinməyin.

Balıqlar - Astroloji göstəricilər sevgi ümmanına baş vurmağınızı tövsiyə edir. Nəzərə alın ki, hazırda təkanverici qüvvəniz məhəbbətdir. Maliyyə və iş barədə gözləmə mövqeyi tutmağınız daha səmərəlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.