21.10.2018 Gündəlik Bürclər (21 Oktyabr 2018 Günlük Bürclər)
Buğa - Əgər səhhətiniz qaydasındadırsa, başqa məsələlərdə nigarançılıq çəkməyəcəksiniz. Nahar ərəfəsində aldığınız dəvətlərdən imtina etməyə çalışın. Qiymətli əşyalarınızı qoruyun.
Əkizlər - Bu gün enerjiniz zəif olsa da, perspektivlərinizlə bağlı apardığınız bütün sövdələşmələr uğurlu olacaq. İşgüzar görüşlərdən qaçmayın. Bu təqvim alqı-satqı üçün də düşərlidir.
Xərçəng - Adətən ilin bu çağlarında mütləq səhhətlə bağlı problemlə üzləşirsiniz. Bunu nəzərə alıb qeyri-ənənəvi işlərdən uzaq olun. Keçmişdə baş verən münaqişələrin müzakirəsindən çəkinin.
Şir - Başqalarının adınızdan istifadə etməsinə imkan verməyin. Çalışın ki, öz işinizə özünüz qərar verəsiniz. Səhhətinizə fikir verməyi tövsiyə edən ulduzlar varlanacağınızı da bildirir.
Qız - Maddi rifahınız normal olsa da, münasibətlər zəminində müəyyən sıxıntılarla üzləşə bilərsiniz. Bu isə son vaxtlar güzəştə getməməyinizdən doğur. Nahardan sonra qonaqlıq gözlənilir.
Tərəzi - Bu gün zehni işləri azaldıb daha çox dincəlməlisiniz. Fəaliyyətə isə ümumiyyətlə, ara verməyiniz məsləhətdir. Günün ikinci yarısını ailə-sevgi münasibətlərinə həsr edin.
Əqrəb - Maraqlı görüşləriniz gözlənilir. Ola bilsin ki, həsrətində olduğunuz şəxslərlə rastlaşasınız. Saat 14-17 arası yeni işlərlə bağlı səmərəli sövdələşmələriniz də mümkündür.
Oxatan - Nahara qədər bütün ciddi işləri təxirə salın. Yoxsa gərginlikdən qurtula bilməyəcəksiniz. Bədxah insanlarla rastlaşma ehtimalınız olduğundan bacardığınız qədər təmkin göstərin.
Oğlaq - Büdcənizdə artım etmək üçün imkan qazana bilərsiniz. Bu səbəbdən də alacağınız əmanətləri əldə etmək üçün ciddi addımlar atın. Bu gün “çağrılmamış qonaq” rolunda çıxış etməyin.
Dolça - Olduqca rəvan bir gündür. Çoxsaylı və maraqlı hadisələrlə rastlaşacaqsınız. Amma acıdil adamların atmacalarına təmkinlə yanaşmalısınız. İki sürpriz də gözlənilir.
Balıqlar - Fiziki cəhətdən zəiflədiyinizdən fəaliyyət barədə az düşünün. Hansısa riskli işə baş qoşmağa dəyməz. Saat 15-dən sonra şəxsi büdcənizdə müəyyən artımlar gözlənilir. Səfərə çıxmayın.