17.11.2018 Gündəlik Bürclər (17 Noyabr 2018 Günlük Bürclər)

16 Kasım 2018
6 442
0
17.11.2018 Gündəlik Bürclər (17 Noyabr 2018 Günlük Bürclər)
Qoç- Bürcünüzün ən aktiv dövrü olduğundan göstərilən müddətdə uğurlu anlarınız çox olacaq. Odur ki, gün ərzində canfəşanlığınızı daha da artırmalısınız. Axşama yaxın sürprizlər mümkündür.

Buğa- Fəaliyyət zəminində uğurlarınız mümkündür. Bunun üçün ilk növbədə işgüzar sövdələşmələrinizin sayını artırmalısınız. Amma səhhətinizi də qorumalı, mübahisədən qaçmalısınız.

Əkizlər- Risk etməyə məhkumsunuz. Çünki mövcud ideyalarınızı kerçəkləşdirməkdən ötrü başqa yolunuz qalmayıb. İndi güzəştə getmək yalnız zərərinizə işləyə bilər. Axşam qonaq getmək maraqlı olacaq.

Xərçəng- Bəzi qanqaraçılıqlar gözlənilsə də, səbr nümayiş etdirməlisiniz. Əmin olmadığınız proseslər barədə qəti fikir söyləməyin. Bir sözlə, riskə getmək, mübahisə etmək, səfərə çıxmaq olmaz.

Şir- Gərgin situasiyalarla rastlaşma ehtimalınız var. Ələlxüsus da kənar təsirlər əsəblərinizi qabarda bilər. Təmkinli olun. Səfərə çıxmaq istəyirsinizsə, bu planı saat 12-yə qədər reallaşdırın.

Qız - Daxili sıxıntılarınızın artacağı mümkündür. Bu isə ətrafınızda olan insanların etibarsızlığından doğacaq. Bir tərəfdən səhhətinizdə, digər tərəfdənsə münasibətlərinizdə problemlər mümkündür.

Tərəzi- Ümumi çalarlarına görə uğurlu gün hesab etmək olar. Qarşılıqlı münasibətlərdən tutmuş əməli fəaliyyətə qədər hər şey zövqünüzə uyğun olacaq. Uzaq səfərə çıxmağa, qonaq getməyə dəyər.

Əqrəb- Yeniliklər yolunuzu gözləyir. Rastlaşdığınız insanların əksəriyyəti qayğılarınızı sizə unutduracaq. Zamanı geri qaytarıb səhvinizi düzəltməkdənsə, real hədəflərə doğru irəliləyin.

Oxatan- Ciddi işlərin həllinə həvəs göstərməyin. Əks təqdirdə, sizə mane olanlar tapılacaq. Yaxşı olar ki, əsas diqqətinizi istirahətə yönəldəsiniz. Ürəyiniz istəsə, qonaq getmək də olar.

Oğlaq- İxtiyarınızda olan bu təqvimdə üzərinizə düşən başlıca vəzifə ədalətli qərarlar çıxarmaqdır. Baş verən situasiyaları düzgün qiymətləndirin. Yeni qərarlar səmərə verə bilər.

Dolça- Kənardan kömək olmasa, hər hansı nailiyyətə yetişə bilməyəcəksiniz. Ümumiyyətlə, təkbaşına heç bir iş görməməlisiniz. Bu gün yeganə uğurunuz ailə-sevgi münasibətlərində mümkündür.

Balıqlar- Daxili sıxıntılarınızın xeyli azalacağı gözlənilir. İstənilən prosesdə ədalət prinsiplərindən bəhrələnin. İmkan verməyin ki, sizi aldatsınlar. Sevgidə qətiyyət göstərin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.