18.11.2018 Gündəlik Bürclər (18 Noyabr 2018 Günlük Bürclər)

17 Kasım 2018
6 553
0
18.11.2018 Gündəlik Bürclər (18 Noyabr 2018 Günlük Bürclər)
Qoç- Ulduzların düzümü böyük irəliləyişlər astanasında olduğunuzu bəyan edir. Bu gün qarşıya qoyduğunuz vəzifələrin həllində kənardan dəstək alacağınız gözlənilir. Daxili səsinizə qulaq asın.

Buğa- Bütün astroloji mənbələr ayın ən qalmaqallı gününü yaşayacağınızı göstərir. Ələlxüsus da saat 16-18 arası hər bir davranış və ünsiyyətinizdə təmkinli olmalısınız. Sıxıntınız olsa, müqəddəs bir məkana gedin.

Əkizlər- Bürcünüz üçün kifayət qədər aktiv gündür. Bir neçə cinahdan xeyirli gedişlər edə bilərsiniz. Belə məqamlarda etibar etdiyiniz dostlarınızın dəstəyindən yararlanmaqdan da çəkinməyin.

Xərçəng- Daxili tərəddüd və nigarançılığınızı duyan Göy qübbəsi saat 14-dən başlayaraq istər qarşılıqlı münasibətlərdə, istərsə də maddi durumunuzda əsaslı dönüş yaradacaq. O vaxta qədərsə səbli olun.

Şir- Mübahisəli bir gün yaşayacağınız gözlənilir. Ələlxüsus da iş yerində belə xoşagəlməzliklər daha çox qabara bilər. Əsəblərinizi cilovlamağa çalışın. Yalnız yaxşı şeylər barədə düşünün.

Qız - Nahara qədər ciddi işlərinizin həllini təxirə salın. Sövdələşmə və müzakirələr üçünsə ümumiyyətlə, uğursuz ərəfədir. Bu gün yalnız ailə-məişət məsələləri ilə məşğul olmalısınız.

Tərəzi- Praktiki işlərə aludə olmaqdansa nəzəri fəaliyyətə üstünlük verin. İdeal planlarınızın gerçəkləşməsində bunun rolu böyükdür. Ulduzlar maddi durumunuzun qənaətbəxş olacağını da istisna etmir.

Əqrəb- Mövcud durumunuzdan usanmaq yox, aktiv surətdə çıxış yolları aramalısınız. Əgər rahatlığınızın təminatı üçün başqa yol da tapa bilmirsinizsə, saat 16-ya qədər gözləmə mövqeyində durun.

Oxatan- Böyük sınaqlar qarşısındasınız. Hər şey atacağınız addımlardan birbaşa asılı olacaq. Bu səbəbdən də bütün məsələləri dəfələrlə götür-qoy edib sonra qərar çıxarın. Hər adama da etibar etməyin.

Oğlaq- Saat 9-10 aralığını nəzərə almasaq, qalan saatları normal tərzdə başa vuracaqsınız. Həyatınızda mühüm rolu olmayan, sizə qarşı soyuq münasibət bəsləməyən adamların şəxsi işlərinə müdaxilə etməsəniz, kimsə sizə qarşı qərəz nümayiş etdirməyəcək.

Dolça- Maliyyə zəminində çətinliyiniz mümkündür. Amma unutmayın ki, indi çoxları sizdən də pis yaşayır. Özünüzü kontrolda saxlayın, həmkarlarınıza qarşı təmkin göstərin. Səhhətinizə də fikir verməlisiniz.

Balıqlar- Saat 11-13 aralığı daxilinizdə süstlük yaratsa da, sonrakı saatlarda ovqatınızda nəzərəçarpacaq dönüş yaranacaq. Deməli, narahatlığınız əridiyi üçün müəyyən işlər də görə biləcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.