02.05.2019 Gündəlik Bürclər (2 May 2019 Günlük Bürclər)

01 Mayıs 2019
5 853
0
02.05.2019 Gündəlik Bürclər (2 May 2019 Günlük Bürclər)
Qoç
Günün birinci yarısı çox uğurludur. Ünsiyyət, şəxsi görüşlər üçün münasib vaxtdır. Bürcün nümayəndələrinin əksəriyyəti gözəl görünürlər, xeyirxah və nikbin olacaqlar. Günün ikinci yarısında hansısa xırda xoşagəlməz hallar və problemlər məyusluq yarada bilər. Ancaq siz milcəkdən fil düzəltmək istəyənlərə imkan verməyəcəksiniz.

Buğa
Günün başlanğıcı uğurlu olacaq. Yaşam potensialı yüksəkdir. Ancaq zaman keçdikcə neqativ meyillərin təsiri baş qaldıracaq. Gözlənilmədən yaranan problemlərə görə planları dəyişmək lazım gələcək. Maliyyə itkisi mümkündür.

Əkizlər
Günün birinci yarısında xeyli xoş məqamlar sizi gözləyir. Şəxsi həyatında yaxşılığa doğru dəyişikliklər mümkündür. Günün ikinci yarısında mühüm qərar qəbul etməli olacasınız. Əyləncə üçün böyük məbləğ xərcləmək, böyük bazarlıq etmək arzuolunmazdır.

Xərçəng
Hansısa xoşagəlməz hadisə yaşana bilər. Bürcün bir çox nümayəndələri müəyyən səhvlər edirlər. Lakin zaman keçdikcə müsbət meyillərin təsiri güclənir, işlər yaxşılığa doğru gedəcək. Yaxınları ilə münasibətləri düzəltmək, çoxdankı fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olacaq.

Şir
Gün uğurlu olacaq. Əhvalınız tez-tez dəyişəcək. Buna görə əziyyət çəkə bilərsiniz. Anlaşılmazlıqlar, fikir ayrılıqları istisna deyil. Ünsiyyətdə yaşanan yüngül anlaşılmazlıqları ürəyinizə salaraq dərd edəcəksiniz. Bazarlıq etmək arzuolunmazdır.

Qız
Aqressiv davranışınız ilə özünüzə problemlər yaradırsınız. Özünüz də başa düşürsünüz ki, hərəkətlərinizin nəticələri heç də xoş deyil. Sizə əziz olan adamla aranızda mübahisə ola bilər. Axşam səhhətiniz pisləşə bilər. Həzm sisteminiz yaxşı deyil.

Tərəzi
Yeni layihələr üzərində işlərə başlamaq üçün əlverişli gündür. Buraya ilk növbədə kommersiya işləri şamil edilir. Işdə rəhbərliklə aranızda fikir ayrılığı istisna olunmur. Yeri gəlmişkən, sizə zərər vurmadan münasibətləri qoruya biləcəksiniz.Gün ərzində həyat potensialı yüksək olacaq.

Əqrəb
Hansısa mühüm planların həyata keçirilməsi, böyük layihələr üzərində işləmək üçün əlverişli gündür. Bu gün liderlik keyfiyyətlərinizi qabarıq şəkildə göstərə bilərsiniz. Maliyyə məsələlərinin həlli, bank əmanətlərin açılması, qiymətli kağızların alınması üçün münasib gün deyil.

Oxatan
Uzun sürən şübhə və tərəddüdlərdən uzaq olaraq işə başlayın. Ilk uğurlara tez nail olacaqsınız. Xərclər istisna deyil. Ona görə də planlaşdırılmamış alış-veriş məsləhət deyil.

Oğlaq
Uğurlu gündür. Istənilən çətinlikləri tez dəf edəcəksiniz. Bu gün başlanan istənilən əməkdaşlıq səmərəli və xoş olacaq. Xidməti romanın başlanması istisna olunmur. Bütün gün ərzində səhhətiniz yaxşı olacaq, hətta ciddi fiziki yükləmələr sizi yormayacaq.

Dolça
Əks cinsin nümayəndələri ilə ehtiyatlı olun. Bu gün sizi asanlıqla çaşdırmaqmaq olar. Hətta sizdən öz xeyri üçün istifadə edənlər də ola bilər. Günün birinci yarısı maliyyə baxımından əlverişlidir. Bu vaxt ərzində böyük bazarlıq etmək olar.

Balıqlar
Bu gün mühüm məsələləri müzakirə etmək arzuolunmazdır, çünki mübahisəyə gətirib çıxara bilər. Ancaq sizə xoş olan insanlarla ünsiyyətdən həzz almaq, yaxşı vaxt keçirmək imkanı var. Alış-veriş üçün yaxşı gündür. Səfəri günün ikinci yarısına planlaşdırmağınız tövsiyə olunur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.