09.07.2020 Gündəlik Bürclər (9 İyul 2020)

08 Temmuz 2020
3 930
0
09.07.2020 Gündəlik Bürclər (9 İyul 2020)
Qoç – cəsarətli addım atmaq üçün bu gün sizə bir şans verilə bilər. Lazım olmayan alış-verişlərdən əl çəksəniz, daha yaxşı olar.

Buğa – bu gün sizin üçün əlverişli bir gündür. Bütün işlərdə və əsas da sizin üçün vacib olanlarda uğur gözlənilir. Siz insanlarla çox asan dil tapa bilərsiniz. Bunun üçün sizə xüsusi diplomatik yol lazım deyil. Şərəfli hərəkətləriniz sizə populyarlıq gətirəcək.

Əkizlər – bu gün ciddi problemləriniz ola bilər. Yaxşı tanımadığınız insanlara inanmayın (əsasən qadınlar). Bu sizi pis vəziyyətə sala bilər. Özünüzə tərəfdaş seçəndə diqqətli olun.

Xərçəng – siz bəzən sizi heç sevməyən insanlara güvənirsiniz. Bu gün qonaq getmək məsləhət deyil. Çox vacib bir informasiyanı almaq şansınız var. Planlarınızı dəyişəcəyiniz istisna deyil, ancaq bu sizin əhvalınıza xələl gətirməyəcək.

Şir – bu gün səfərləriniz üçün də uğurlu olacaq, əsasən də romantik səyahətlər. Bu elə bir gündür ki, intiusiyanız hansı insanın sizi sevdiyini və ya sevmədiyini hiss etdirəcək. Sizə sürpriz şəkildə hədiyyə də verə bilərlər.

Qız– bugünkü söhbətlərə elə də ciddi yanaşmaq lazım deyil. Sizə iş yerindən verilmiş vədlərə inanmağınız məsləhət deyil. Axşama doğru sizdə qəribə və pis hisslər oyana bilər. Emosiyalara qapıla bilərsiniz.

Tərəzi – sizin bu gün çoxlu görüşləriniz olacaq. Bu görüşlər planlaşdırılan da ola bilər, qəfil də. Əhatənizdəki insanlar sizdən diqqət və qayğı gözləyirlər. Elə bu diqqət və qayğı da evdə və işdə bəzi problemlərə gətirib çıxara bilər.

Əqrəb – Bu gün üçün heç bir sınaq gözlənilmir. Ancaq hər bir çətinliyi ürəyinizə salırsınız. Ona görə də sizin bu gün nəsə qazanacağınız gözlənilmir. Ətrafınızdakı insanlarla və əsasən də işdə rəhbərliklə mübahisələr yaşana bilər.

Oxatan – çox əlverişli bir gündür. Işdə xeyli uğur qazana bilərsiniz. Karyera qurmaq üçün münasib vaxtdır. Unutmayın: başqalarına nə qədər kömək etsəniz, öz uğurlarınızın sayı bir o qədər çox olacaq. Bu gün özlünüzü çox gözəl lider kimi göstərəcəklər.

Oğlaq – bu gün həm iş, həm də şəxsi həyat üçün əlverişlidir. Sizə maraqlı olan insanlarla ünsiyyətdən doymursunuz. Köhnə dostlar özlərini yada salacaqlar. Ola bilsin ki, onlar sizə yeni işlər təklif etsinlər.

Dolça – çox şeyə inanırsınız və hər kəsi öz ürəyinəz görə ölçürsünüz. Sizə verilən məlumatları yoxlamaqda tənbəllik etməyin. Bu sizə səhvlərdən qaçmağa kömək edəcək.

Balıqlar– işə fikir verməyiniz vacibdir. Bəzi sizi sevməyən insanlar bundan sizə qarşı istifadə edə bilərlər. Evdə ailənizlə probleminiz yarana bilər. Sevdiyiniz şəxslə də həmçinin. Uzunmüddətli planlar qurmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.