09.08.2020 Gündəlik Bürclər (9 Avqust 2020)

08 Ağustos 2020
3 586
0
09.08.2020 Gündəlik Bürclər (9 Avqust 2020)
Qoç
Məqsədləri konkretləşdirin, hədəfləri təftiş edin. Karyera müstəvisində inkişaf, gərəkli çevrələrdə əlaqələrin möhkəmlənməsi, peşəkar biliklərlə bacarıqların artırılması, ümumi informatik səviyyənin yüksəldilməsi – bütün bunlar aktualdır. Iş yerində toplantı, rəhbərliklə müzakirə, rəsmi instansiyalardan birində aktiv təmaslar və müqavilələrə yenidən baxılması istisna deyil.

Buğa
Bilikləriniz, bacarıqlarınız, məlumatlarınızdan yararlanın. Uzunmüddətli tərəfdaşlığa, yeni layihəyə başlamaq olar. Dünyagörüşünüzü artırın, təcrübənizi genişləndirin. Təhsil, hüquq, elm, proqramlaşdırma, turizm, səhiyyə sahəsində fəaliyyət göstərənlər üçün əlverişli zamandır.

Əkizlər
Layihəni genişləndirin. Mövcud qaydalar çərçivəsindən kənara çıxmayın. Hisslərə qapılmayın. Sərf etdiyiniz enerji ilə gördüyünüz işin sonucları arasında ədalətli nisbət olmalıdır. Indiyədək əldə etdiyiniz təcrübədən və baza materiallardan yararlanın. Elektron ödənişlərə üstünlük verin. Belədə daha maraqlı işlər üçün vaxtınıza qənaət edə bilərsiniz.

Xərçəng
Yaxşı tanımadığınız insanlarla təmaslarda həddi aşmayın. Səmimi, nəzakətli olun. Təfərrüatlarına bələd olmadığınız situasiyalarda düşünülməmiş atılan addımlar sonradan ağır fəsadlara səbəb ola bilər. Perspektiv əlaqələrə üstünlük verin.

Şir
Yaxın ətrafınızdakı insanlarla yeni layihəyə başlaya bilərsiniz. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin. Axşam saatlarını ailə üzvlərinə ayırın.

Qız
Faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Elektron servislərdən istifadə edin.

Tərəzi
Alış-verişə yollananda nə alacağınızı dəqiq bilin. Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər. Axşam saatlarında normal istirahət edin.

Əqrəb
Tarazlığı qoruyun, mütənasibliyi poza biləcək radikal addımlar atmayın. Müstəqilliyə ifrat dərəcədə can atsanız, situasiyaya kobud müdaxilələrə rəvac verəcəksiniz. Pedant olun, amma aradabir yaradıcılıq axtarışlarına çıxın.

Oxatan
Hakim, qiymətləndirici, vasitəçi və ya müşavir rollarından birini oynamaq məcburiyyətində qala bilərsiniz. Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə ən zəif yeriniz nəzakətdir. Yaxın ətrafınızdakı insanlardan birinin sizin ehtiyaclarınızı tam anlayacağını düşünməyin. Eqoist olmayın.

Oğlaq
Danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Sənədləşdirmədə dəqiq olun, səhvlərə yol verməyin. Birgə layihələrin həyata keçirilməsində detallara fikir verin. Aqressiv olmayın. Sərt ritorika heç bir nəticə verməyəcək.

Dolça
Ilkin razılaşdırmalar olmadan yeni layihəyə başlamayın. Mühüm məsələləri götür-qoy etmədən təhlilə uğratmayın. Bəzi məqamları maraqlı tərəflə təklikdə danışmaq daha yaxşıdır. Fərdi məlumatların təhlükəsizliyini yoxlayın. Mühüm infomasiyanı əldə etmək üçün bütün vasitələrdən yararlanın. Kiminsə sizə etibar etdiyi sirri yaymayın.

Balıqlar
Məhsuldar və yaxşı gündür. Ünsiyyət əvəzinə işə üstünlük verin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Hər şeyi şəxsi mənafeyə qurban verməyin. Ambisiyalarınızda ifrata varmayın. Dəyər verdiyiniz insanların təməl istəklərini və ehtiyaclarını nəzərə alın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.