08.08.2020 Gündəlik Bürclər (8 Avqust 2020)

07 Ağustos 2020
2 940
0
08.08.2020 Gündəlik Bürclər (8 Avqust 2020)
Qoç – faydalı məlumat əldə etməyə can atın. Informasiya axını intensiv olacaq. Irəliləyin, uğurlara nail olmaq üçün tərəfdaşlığı gücləndirin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin.

Buğa – uzunmüddətli tərəfdaşlığa başlamaq olar. Fərqli təmaslar riskli olsa da, qısamüddətli avantüraya başlamaq olar. Yaradıcılıq arealını genişləndirin. Yaxın qohumlardan və dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Fərdi seçimdə dürüst olun. Vicdanınızla sövdələşməyə çalışmayın.

Əkizlər – işlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Daşınmaz əmlak məsələləri ilə daha sıx və aktiv şəkildə məşğul olmaq olar. Variantları arayın, rieltorlarla görüşün, hüquqşünaslar və potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri hazırlayın.

Xərçəng – təməl prinsipləri qulaqardına vurmayın. Önəmli məsələlərdə diqqətli davranın. Yaşam arealınızda qayda yaradın. Fərqli istiqamətlərdə sıçrayışları reallaşdırmaq üçün məqsədləri konkretləşdirin. Axşam saatlarında gəzintiyə çıxın.

Şir – yaxın ətrafınızdakı insanlarla aktiv təmaslarda olun. Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni tərəfdaş və ya şəriklər arayın. Dövlət qurumları ilə yanaşı, qeyri-rəsmi strukturların və kommersiya təşkilatlarının mənsubları ilə əməkdaşlığa başlamaq olar.

Qız – bilik və bacarıqlarınızı bilərəkdən az göstərməyə çalışmayın. Artıq heç nə istəməyin. Tələblərin zamanı deyil. Aradığınız məlumatı internetdə tapa bilərsiniz. Işdə rəhbərliklə mübahisə etməyin. Heç bir real səbəb olmadan həmkarlarla münasibətləri korlamayın. Səhhətinizə fikir verin.

Tərəzi – məqsədlərinizə çatmaq üçün xeyli çətinlikləri dəf etməli olacaqsınız. Sədlər və maneələrin sayı artacaq. Texniki, xidməti və məişət problemlərinin sayı artacaq. Iradlar çoxalacaq, tələbat güclənəcək.

Əqrəb – ambisioz insan təsiri bağışlamayın. Haqlı olduğunuzu nəyin bahasına olursa-olsun göstərməyə çalışmayın. Rəqibləri haqlayın və onları geridə qoyun. Başqasının fəaliyyət arealında ehtiyatlı davranın. Qələbələr asan başa gəlməyəcək. Axşam saatlarında travma və ya mənəvi məğlubiyyət riski var.

Oxatan – günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Dialoqa meylli insan təsiri bağışlayın. Çətin problemləri emosiyaları gərmədən həll etmək olar. Müşavirələr, ünsiyyət, hüquqşünasla məsləhətləşmə üçün yaxşı zamandır.

Oğlaq – eqosentrist olmayın, rəsmiyyətçiliyə ikrahla baxmayın. Yaşlı qohumlarla təmaslarda aqressiv davranmayın. Dövlət qurumlarının mənsubları ilə danışıqlarda diqqətli olsun. Vaxtından əvvəl təşəbbüslərlə çıxış etməyin. Qarşı tərəfi dinləməyə çalışın.

Dolça – yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniyanın təşəkkül tapmasana çalışın. Həmkarlar, tərəfdaşlar, şəriklərlə ünsiyyət ön plana çıxacaq. Işdə rəhbərliklə müzakirələr aparın.

Balıqlar– Peşəkar etiketin tələblərinə diqqətlə yanaşın. Günün ikinci yarısında işgüzar prosesi poza biləcək addımlar atmayın. Gərəkli korrektivlərdən, zəruri düzəlişlərdən yayınmayın. Hansısa sənədin dəqiqləşdirilməsinə, təcili müzakirəyə ehtiyac duyulur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET