05.01.2021 Gündəlik Bürclər (5 Yanvar 2021 Günlük Bürclər)

04 Ocak 2021
4 003
0
05.01.2021 Gündəlik Bürclər (5 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Əməkdaşlıq etdiyiniz müttəfiq öz şərtlərini və istəklərini diktə edəcək. Dəyişikliyi müsbət qarşılamalısınız. Təxmin edilməsi çətin olan hərəkətlərinizə, intellektual səviyyənizə və cazibədarlığınıza baxmayaraq, bəzi məsələlərin həllində çətinlik çəkəcəksiniz.

Buğa
Ortaya qoymaq istədiyiniz bir işdə gecikmələr yaşana bilər. Ilk səfərdə məsələlərin həlli üçün lazım olan işləri görəcəksiniz. Lakin hirslənmək işlərinizi təxirə salmanıza səbəb olacaq. Sizi narahat edən məsələlərə aydınlıq gətirmək üçün dəqiq ünvana dəqiq sual verin.

Əkizlər
Yoldaşlarınız, ailəniz və ya həmkarlarınızla keçirəcəyiniz zaman özünə inamınızın artmasını təmin edəcək. Məqsədlərinizə doğru irəliləyərkən bir sıra fürsətlərlə qarılaşacaqsınız. Bir az romantik olmaqla şəxsi həyatınızda möcüzələr yarada bilərsiniz.

Xərçəng
Çətinliklər istisna deyil. Hərəkətləriniz fikirlərinizi nümayiş etdirəcək. Bir planla əlaqələrinizi gücləndirə bilərsiniz. Bu gün eşq həyatınız ön planda olacaq.

Şir
Müəyyən razılaşmalar ön planda ola bilər. Yaradıcılığınızı göstərməli və hisslərinizi ifadə etməlisiniz. Müəyyən fərziyyələrə söykənən ani reaksiyalardan və qərarlardan uzaq dayanın. Niyyətlərinizi açıq göstərməniz və anlayışlı olmanız isə romantik həyatınıza rəng qatacaq.

Qız
Müəyyən gerçəklər göründüyü kimi olmaya bilər. Bəzi mövzularda problemləri açıq dilə gətirməniz və səmimi olmanız vacibdir. Həll edə bilməyəcəyiniz işlərə talib çıxmayın. Altından qalxa biləcəyiniz dəyişikliklərə cəhd edin.

Tərəzi
Kömək etməkdən çəkinməyəcəksiniz. Bu zaman kəsiyində də bir olaya şahid olma fürsəti tapacaqsınız. Maddi vəziyyətinizi maraqlandıran mövzulara dəyişik müstəvidən yanaşın. Əyləncəli bir gün ola bilər.

Əqrəb
Digərlərinin bəyəndiyi fikirlər sizə məntiqsiz görünə bilər. Keçmişdə etdikləriniz irəliləməyizə kömək edəcək. Təqdim etdiklərinizə ironiya ilə baxanları geri çəkilmək məcburiyyətində qoyun. Apardığınız araşdırmalar nəticəsində özünüzə olan etibarınızı artıracaqsınız.

Oxatan
Gün boyu hisslərinizin sizi idarə etməsinə icazə verməməlisiniz. Ifadələri diqqətli seçməkdə fayda var. Enerjinizi səmərəli işlərə sərf edin ki, həyatınızı çətinləşdirən kəslər enerjinizi tükətməsin.

Oğlaq
Sövdələşmə ön planda olacaq. Ortaq əməkdaşlıqla bağlı imzalanması lazım olan sənədlər vaxtınızın əsas hissəsini alacaq. Səyahətlər və ya fərqli yerlərə ziyarətlər fərqli mədəniyyətləri tanımanıza vasitəçi olacaq.

Dolça
Yaradıcılığınız və hərəkətə keçmə arzunuz çox yüksəkdir. Bütün detallara hakim olana qədər planlarınızı gizli tutmanızda fayda var. Səhhətinizə qarşı laqeyd olmayın.

Balıqlar
Bəzi mövzularda hər kəs sizinlə eyni fikirdə olmaya bilər və bu üzdən problemlər yaşana bilər. Şəxsi, ya da işgüzar həyatınızda irəliləmənizi təmin edəcək dəvətlər ala bilərsiniz. Qarşılaşacağınız kəslərdən fayda görəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.