24.02.2021 Gündəlik Bürclər (24 Fevral 2021 Günlük Bürclər)

23 Şubat 2021
2 643
0
24.02.2021 Gündəlik Bürclər (24 Fevral 2021 Günlük Bürclər)
Qoç
Bugünkü olaylar sizi xəyalən keçmişə qaytaracaq. Çünki bu gün baş verənlərin keçmişlə bağlılığı var. Günün ikinci yarısı planlaşdırmadığınız gözlənilməz danışıqlarla, səfərlə bağlı olacaq. Siz istirahətə ehtiyacınız olduğunu hiss edəcəksiniz.

Buğa
Tələsmək lazım deyil, əks təqdirdə işləri korlaya bilərsiniz. Məsləhətlərə tənqidi yanaşmayın, sonadək qulaq asın. Ehtimal ki, sonunda uyğun qərarı özünüz sərbəst verəcəksiniz. Ən yaxın adamınızla aranızda anlaşılmazlıq yaranacaq. Sizə elə gəlir ki, ətrafınızdakılar sizi nəinki anlamır, hətta dinləmək belə istəmir.

Əkizlər
Gün üzünüzə yeni qapılar açacaq. Ancaq siz onlardan birindən keçə bilərsiniz deyə, seçim etməli olacaqsınız. Ona görə də düzgün qərar verməlisiniz. Bunun üçün ətrafda baş verənləri diqqətlə izləyin. Ulduzlar sizə ipucu verəcək, amma bunu sezib-sezməməyiniz sizdən asılıdır.

Xərçəng
Günün hadisələri sizi heç də sevindirməyəcək. Siz həyatınızda dəyişiklik olacağını hiss edirsiniz deyə, narahatlıq keçirəcəksiniz. Etibar etdiyiniz adamlarla situasiyanı müzakirə edə bilərsiniz. Gərginlikdən, əsəbi narahatçılıqdan uzaq olmağa çalışın.

Şir
Sadə və xoş gündür. Nələr baş verəcəksə, hamısı sizi qane edəcək. Gün işgüzar sövdələşmələr, partnyorlarla qeyri-rəsmi çərçivədə söhbət üçün əlverişlidir. Yaxın adamından ayrılan “Şir” səhvlərini düzəldərək münasibətlərini bərpa edə bilərlər. Yeni tanışlıq isə sevincdən çox, əlavə problem gətirəcək.

Qız
Problemlərin yaranmasının səbəbkarı yalnız özünüzsünüz. Işlə məşğul olmaq istəməməyiniz bir sıra maraqlı imkanları əldən verməyinizlə nəticələnəcək. Ehtimal ki, maliyyə itkisi olacaq. Gün yalnız başqalarının gözünə kül üfürmək baxımından seçiləcək.

Tərəzi
Ünsiyyət üçün kifayət qədər çətin gündür. Ən xırda məsələyə görə qarşı tərəfdən mükafatlandırmağı gözləməyiniz və qarşılıq almamağınız sizi hövsələdən çıxaracaq. Maddi durumunuz çətinləşəcək. Günorta vaxtları ən çətin anları yaşayacaqsınız.

Əqrəb
Kifayət qədər uğursuz gündür. Qarşınızda yaxşı perspektivlər açılacaq, amma onlardan bəhrələnə bilməyəcəksiniz. Nəticədə kimlərsə irəli gedəcək, sizə isə bunu kənardan izləmək qalacaq. Zəhərlənmək və zədələnmək riski gözlənildiyindən yola çıxmamaq, fiziki işlə məşğul olmamaq, ictimai yerlərdə yemək yeməmək tövsiyə olunur.

Oxatan
Həllini gözləyən problemləri kənara qoyaraq şıltaq arzularınızın arxasınca qaçırsınız. Düzgün qərar çıxarıb, qarşıya qoyulan məqsədi reallaşdırmaq üçün əlverişli gündür. Kənardan deyilənlərə əhəmiyyət verməyin, daxili səsinizə qulaq asın.

Oğlaq
Təəssüf ki, gün daha çox xoşagəlməz sürprizlər gətirəcək. Rəhbərlik sizin ünvanınıza tənqidlər yağdıracaq. Günün müsbət tərəfi kimi, maddi vəziyyətinizin yaxşılaşmasını göstərmək olar. Çoxdan planlaşdırdığınız alış-verişi həyata keçirə bilərsiniz.

Dolça
Sizi çətin gün gözləyir. Qarşınıza qoyulan tapşırıq çətin olacaq və siz də buna böyük əmək sərf edəcəksiniz. Bürcün bəzi nümayəndələri işə görə planlarında dəyişiklik edərək istirahətdən, əyləncədən imtina etməli olacaqlar.

Balıqlar
Çox uğurlu gündür. Işgüzarlıq səviyyəniz yüksək olacaq. Müdiriyyət sizinlə hesablaşacaq, ideyalarınızı lazımınca qiymətləndirəcək. Şəxsi müstəvidə də vəziyyət bundan geri qalmayacaq. Yaxınların diqqətindən kənarda olmayacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET