01.09.2021 Gündəlik Bürclər (1 Sentyabr 2021 Günlük Bürclər)

31 Ağustos 2021
3 408
0
01.09.2021 Gündəlik Bürclər (1 Sentyabr 2021 Günlük Bürclər)
Qoç
Bu gün o qədər cazibədar görünəcəksiniz ki, kimi istəsəniz özünüzə cəlb edə bilərsiniz. Əmək haqqının artırılması və ya karyeranızı qaldırmaq üçün rəhbərliklə söhbət aparın. Ulduzlar bu mövzuda hiyləyə də əl atmağı dəstəkləyir. Şəxsi münasibətlərdə ekstrovaqant addımlar atmayın.

Buğa
Alış-verişlə, yaxud da bahalı əyləncələrlə əhvalınızı qaldırmağa çalışmayın. Ulduzlar nahaq yerə pul xərcləyəcəyinizə işarə edir. Yaxın ətrafdan mənəvi dəstək ala bilərsiniz. Təəssüf ki, istəmədən yaxınların qəlbinə toxunacaqsınız.

Əkizlər
Kifayət qədər neqativ tendensiyaların hökm sürdüyü gündür. Bu gün düzgün qərar verməkdə çətinlik çəkəcəksiniz. Ulduzlar bu gün vacib işlərlə, böyük miqyaslı layihələrlə məşğul olmağı məsləhət bilmir. Yaşlı qohumlarla aranızda fikir ayrılığı da istisna deyil.

Xərçəng
Ətrafda baş verənlər sizi hirsləndirəcək, ancaq situasiyanı yaxşılığa doğru dəyişə bilərsiniz. Sizə gizli rəğbəti olan biri bu mövzuda yardım edəcək. Gözlənilməz sevgi etirafı da gözlənilir. Həll ediləsi, cavab axtarılası çox suallar sizi narahat edir. Çətin mövzuların müzakirəsi üçün münasib gün deyil.

Şir
Konfliktləri aydınlaşdırmaq üçün əlverişli gündür. Şəxsi müstəviyə gəlincə, sevdiyiniz adamın hisslərinə şübhə ilə yanaşacaqsınız. Səmimi və açıq söhbətə ehtiyacınız var. Ancaq bunu necə başlamağın yolunu tapa bilmirsiniz.

Qız
Günün emosional mənzərəsi xoş olmayacaq. Gün boyu nə baş verməyindən asılı olmayaraq siz özünüzdən narazı qalacaqsınız. Yaxınların hərəkəti xoşunuza gəlməyəcək. Məsləhət verərkən, sizi heç kim dinləməyəcək. Bu gün qida rasionunuza fikir verin. Yaxşı olar ki, spirtli içki içməyəsiniz.

Tərəzi
Köhnə problemlər özünü biruzə verəcək. Bu gün sevinməyəcəksiniz. Bu da sizin əhvalınızın korlanmasına səbəb olacaq. Bürcün bəzi nümayəndələri başqaları üzərində hökmranlıq etməyə başlayacaq. Axşama doğru əhvalınız yaxşılaşacaq. Bu zaman daha mehriban, daha həlim xasiyyətli olacaqsınız.

Əqrəb
Daxili səsinizə inanın. O, şəxsi həyatınızda əhəmiyyətli məsləhətçi olacaq. Gələcəklə bağlı planlar qurarkən ehtiyatlı olun. Ailə maraqlarını ön plana çəkəcəksiniz. Buna görə siz bəzi şəxsi istəklərinizi də qurban verməli olacaqsınız. Bunu ciddi itki kimi qəbul etməyin, çünki ulduzlar sizin üçün kifayət qədər xoş kompensasiya hazırlayıb.

Oxatan
Kübar cəmiyyətdə iştirak etmək üçün münasib gündür. Diqqət mərkəzində olmaq sizə xoş olacaq. Ətrafdakılar da əhvalınızı qaldıracaq. Şifahi imtahan vermək üçün əlverişli gündür. Günün ikinci yarısında ən maraqlı ideyalarınız yaranacaq.

Oğlaq
Çox işin öhdəsindən gələ bilərsiniz, yalnız köməkçiyə ehtiyacınız olacaq. Maliyyə ilə bağlı danışıqlar uğurlu nəticələnəcək. Şəxsi müstəvidə vəziyyət xoş olacaq. Xırda anlaşılmazlıqları ürəyinizə salmayın. Onlarsız gün ötməyəcək. Həyəcanlanmaq üçün isə əsas olmayacaq.

Dolça
Gün maddiyyat baxımdan uğurludur. Ehtimal ki, pul alacaqsınız, yaxud da gəlir gətirən sövdələşməyə imza atacaqsınız. Dostlarla görüş sizi sevindirəcək, yaxınlarla münasibətdə ciddi problem olmayacaq. Evi dərindən yığışdırmaq və ya təmir işlərinə başlamaq üçün münasib gün deyil. Çünki bu işlər sizə cansıxıcı görünə bilər.

Balıqlar
Rəhbərliklə aranızda konflikt yaşanacaq. Xoşbəxtlikdən vaxtında güzəştə getməyi bacaracaqsınız. Bu səbəbdən də gün xoş olmayan fəsadlarla nəticələnməyəcək. Son zamanlar sizi narahat edən problemin həlli yollarını fikirləşin. Yaxınlarla təmasda olmaq üçün zaman ayırın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.