09.10.2021 Gündəlik Bürclər (9 Oktyabr 2021 Günlük Bürclər)

08 Ekim 2021
2 908
0
09.10.2021 Gündəlik Bürclər (9 Oktyabr 2021 Günlük Bürclər)
QOç
Tələsmək lazımdır. Çünki bugünkü pozitiv işartıları sabah tapa bilməyəcəksiniz. Bu üzdən də vacib görüş və işlərinizi təxirə salmayın. Ən yaxın adamla aranızda problem yaranacağı ehtimalı da var. O cümlədən romantik görüş də sizin ümidlərinizi doğrultmayacaq.

Buğa
Gün bir sıra xırda sürprizlər gətirəcək. Şəxsi işlərinizdə nə qədər az təşəbbüs göstərsəniz, bir o qədər yaxşılığa doğru dəyişikliyin şahidi olacaqsınız. Cəsarətli fantaziyalardan çəkinməyin, çünki bu, sizin yarınızın xoşuna gələcək.

Əkizlər
Adi günlərdən biridir, yəni heç nə baş verməyəcək. Nə qələbədən, nə də hansısa problemdən söhbət gedə bilməz. Günün gedişatı əhvalınıza da təsir edəcək. Nəticədə birdən coşub-daşmaqla işləri korlayacaqsınız. Daha sonra da öz günahınızdan baş verən münaqişəyə aydınlıq gətirməyə çalışacaqsınız.

Xərçəng
Diqqətli olun. Ulduzlar iddia edir ki, yaxın zamanlarda öz maraqlarınız üçün istifadə edə biləcəyiniz informasiya alacaqsınız. Ailə-məişət məsələlərində həllini gözləyən işlər var ki, onların da məsuliyyəti sizin üzərinizdədir.

Şir
Ideyalarınız dost və yaxınların ürəyincə olacaq. Əgər onları reallaşdırmaqdan boyun qaçırsanız, dostlar buna sizi məcbur edəcəklər. Uşaqlarla ünsiyyətdə çətinliklər gözlənilir. Uşaqlar sizin gözünüzdə şıltaq göründükləri kimi, siz də onlar üçün darıxdırıcı həmsöhbət olacaqsınız.

Qız
Bu gün nədənsə, heç nə xoşunuza gəlməyəcək. Amma ciddi problem gözlənilmir. Pulu göyə sovuranlardansınız. Alış-verişə çıxmaqla evə boş cüzdamla qayıdırsınız. Ən pisi də odur ki, aldıqlarınızın əksəriyyəti faydasız olur.

Tərəzi
Işdə bir sıra nailiyyətləriniz olacaq. Söhbət o işlərdən gedir ki, onları başqaları reallaşdıra bilmir. Əks cinsin nümayəndələrini cəlb etmək ürəyinizdən keçən istəklərdən biri olacaq. Amma bu cəhdiniz yersizdir, çünki həmişə bu istəyin ucbatından gülünc vəziyyətə düşürsünüz.

Əqrəb
Vaxtınız az, işləriniz isə çoxdur. Tərslikdən yığılıb qalan işlərin öhdəsindən sizdən başqa heç kim gələ bilmir. Şəxsi müstəvidə xoş dəyişikliklər nəzərə çarpacaq. Bürcün nümayəndələri yaxınlarıyla mübahisədən qaçmaqla yanaşı, romantik münasibətlərini daha da parlaq edəcəklər.

Oxatan
Gün çətinliklər gətirəcək. Eyni vaxtda bir neçə işin qulpundan yapışmaqla işlərinizi daha da bərbad günə salırsınız. Bir əldə bir neçə qarpız tutmaq cəhdiniz ətrafdakılarda gülüş doğuracaq. Təbii ki, nəticədə heç birini doğru-düzgün tamamlaya bilməyəcəksiniz. Ailədə də münaqişə baş verəcəyi ehtimal edilir. Yalnız axşamüstü özünüzü rahat hiss edəcəksiniz.

Oğlaq
Yeni tanışlıq böyük perspektivlərlə bağlı olacaq. O, təkcə romantik planda deyil, həmçinin işgüzar sferada da böyük dəyişiklik vəd edir. Günün ikinci yarısı özünüzə diqqəti cəlb etmək baxımından münasib gündür.

Dolça
Heç kəsə etibarınız yoxdur, hətta ən yaxınlarınızdan belə, öz maraqlarınızı gizlədirsiniz. Xoşbəxtlikdən özünüzə qapılarkən yaxınlarınız sizi tənbeh etmir. Əgər artıq problem istəmirsinizsə, onda bir balaca da olsa, mehribanlıq göstərin. Vacib işlərinizi günün birinci yarısına təyin etməyiniz məsləhətdir.

Balıqlar
Dolaşıq situasiyaya düşəcəksiniz. Ətrafdakılar sizi bütün çətinliklərin və problemlərin günahkarı hesab edəcək. Bu vəziyyətdən çıxış yolu tapmaq elə də asan olmayacaq. Ulduzlar bildirir ki, bu istiiqamətdə atılmış birinci cəhdiniz uğursuz olsa da, çıxış yolu tapacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.