12.10.2021 Gündəlik Bürclər (12 Oktyabr 2021 Günlük Bürclər)

11 Ekim 2021
3 318
0
12.10.2021 Gündəlik Bürclər (12 Oktyabr 2021 Günlük Bürclər)
Qoç
Kifayət qədər çətin gündür. Siz qəti qərara gələ bilməməyinizin qurbanı olacaqsınız. Dayanmadan eyni problemi götür-qoy etməklə bir nəticəyə gələ bilməyəcəksiniz. Vaxt itkisinə yol verəcəksiniz. Bunun bədəli isə əməkdaşlığın bitməsi, yaxud da maliyyə itkisi olacaq.

Buğa
Işlərinizdəki inkişaf sizi sevindirəcək. Kimlərsə sizin qarşınıza sədd çəkmək istəyir, amma siz sözün həqiqi mənasında özünüzü görməməzliyə vurursunuz. Bunları xırda əhəmiyyətli məsələ kimi dəyərləndirirsiniz. Ehtimal ki, köhnə borcunuz geri qaytarılacaq, yaxud da gözləmədiyiniz mənbədən gəlir gələcək.

Əkizlər
Bu gün “Əkizlər”istənilən şəxsi özlərinə həmkar seçə bilərlər. Istənilən adamla dil tapmaq qabiliyyətiniz buna imkan verir. Bu, sizin müsbət tərəflərinizdən biridir. Şəxsi müstəvidə xoş olmayan mənzərəyə görə isə yalnız özünüzü qınayın. Sonsuz tələblərinizə cavab vermək niyyətində olmayan tərəfi küsdürəcəksiniz.

Xərçəng
Işgüzar “Xərçəng”lər üçün çox uğurlu gündür. Ətrafdakılardan bir çoxları sizinlə əməkdaşlığa hazırdır. Çünki hamı sizi uğurlar gözlədiyini bilir. Təəssüf ki, iş dünyasından fərqli olaraq, şəxsi müstəvidə vəziyyət yaxşı olmayacaq.

Şir
Tənbəlliyə yol verməsəniz, yaxşı nəticələr qazanarsınız. Enerjili və işgüzar “Şir”lərə ulduzlar rəqibləri üzərində qələbə vəd edir. Sizi çətin sınaq da gözləyir. Təsadüfi görüş sizdə dərin hisslər oyadacaq. Bu xəyalla da özünüzə ümid verirsiniz. Yaxşı olar ki, təmkinli olun, çünki bu əlaqə baş tutsa belə, bu, yaxın zamanlarda olmayacaq.

Qız
“Qız”lar üçün uğurlu gündür. Şəxsi müstəvidə ciddi problemlər gözlənilir. Siz nəticələrə can atırdınız, bu da sizin üçün sonluq… Xoşbəxtlikdən sınaqlardan möhkəm xarakteriniz sayəsində uğurla çıxacaqsınız.

Tərəzi
Ciddi işgüzar məsələlərin həllilə məşğul olacaqsınız. Xoş hisslər sizi romantik macəraya çəkəcək. Yeni tanışlıq gözlənilir. Amma təəssüf ki, bu münasibət sizin həyatınızı bəzəmək əvəzinə, çətinləşdirəcək.

Əqrəb
Gün təzadlarla doludur. Maliyyə itkisi gözlənilir. Gəlirlərinizin azalması ehtimal olunur. Digər tərəfdən isə nüfuzunuz yüksələcək. Yaxınlarla münasibətiniz yaxşı olacaq. Bu günə qədər yarını tapmayan “Əqrəb”ləri maraqlı görüş gözləyir.

Oxatan
Istənilən işgüzar məsələlərin həlli üçün münasib gündür. Hətta bu istiqamətdə kifayət qədər təcrübəyə və biliyə sahib olmasanız belə, bu, sizdə alınacaq. Yetər ki, siz çalışqan olun.

Oğlaq
Gün çətin işin tamamlanması ilə yadda qalacaq. Yaranmış uğurlu şərait də buna əsas verəcək. Lakin əldə etdiyiniz uğurlarla kifayətlənə bilmirsiniz deyə, özünüzə inamı da tez itirirsiniz. Bu baxımdan sizin mənəvi dəstəyə ehtiyacınız var.

Dolça
Çoxdankı rəqibinizə qalib gəlməklə gününüzü uğurlu edəcəksiniz. Maliyyə işlərilə məşğul olan “Dolça”ların bu gün ehtiyatlı olması vacibdir. Ulduzlar bildirir ki, onları yoxlamalar gözləyir. Bu üzdən də vacib sənədləri səliqəyə salmaq əsas şərtdir.

Balıqlar
Sizi adi gün gözləmir, qarşınıza qoyulan məqsədə çatmağa səy göstərəcəksiniz. Bu üzdən də ənənələri pozaraq qeyri-adi üsullara əl atacaqsınız. Nəticədə ətrafdakıların müzakirə obyektinə çevriləcəksiniz. Həyatınızı dəyişəcək vacib görüşün baş tutacağı bildirilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.