11.12.2021 Gündəlik Bürclər (11 Dekabr 2021 Günlük Bürclər)

10 Aralık 2021
3 101
0
11.12.2021 Gündəlik Bürclər (11 Dekabr 2021 Günlük Bürclər)
Qoç
Nə baş verməsindən asılı olmayaraq, özünüzə hakim çıxın. Bu günə qədər rəğbət bəslədiyiniz adailar sizi təəccübləndirəcək. Onlarla aranızdakı münasibət uzun müddət korlanacaq. Yoqa ilə məşğul olsanız, faydasını görərsiniz.

Buğa
Hadisələr sürətlə inkişaf edəcək. Yaxşı olar ki, səhvə yol verməyəsiniz. Yoxsa düşmənləriniz milçəkdən fil düzəldəcəklər. Xüsusilə günorta vaxtlarında əsəb gərginliyi istisna deyil. Bu, baş ağrılarına, ürək sıxılmalarına səbəb olacaq.

Əkizlər
Hərçənd, siz çətinlikdən qorxmursunuz, ancaq günün ortalarında bir balaca çəkinəcəksiniz. Xoşbəxtlikdən sizin əleyhinizə olan situasiya yaxşılığa doğru dəyişəcək. Ulduzlar qida rasionunuza diqqət yetirməyə çağırır.

Xərçəng
Dolaşıq situasiyada açıqlama verməyə tələsməyin. Çünki bulanıq sudan çox böyük balıq tutmaq şansınız var. Şəxsi müstəvidəki problemlərin həllini tapacaqsınız. Planlaşdırılmayan səyahət uğurlu alınacaq.

Şir
Darıxdırıcı işləri sonraya təxirə salmayın. Tənbəllik etməsəniz, onları tez həll edərsiniz. Ehtimal ki, gözlənilməz işgüzar təklif alacaqsınız. Təklif bir zamanlar birlikdə işlədiyiniz şəxsdən gələcək.

Qız
Tələsməyin. Hər addımınızı dərindən düşünün. Yaxşı olar ki, kommersiya işlərində, işgüzar sferada yaxşı tanıdığınız adamla müttəfiq olasınız. Yeni tanışlığa can atmayın. Işdə məhəbbət macərası yaşamaq da arzuolunmaz haldır.

Tərəzi
Maraqlı gündür. Öz istedadınızı nümayiş etdirməkdən utanmayın. Nə qədər çox diqqət çəksəniz, bir o qədər yaxşı olacaq. Məhsuldar əməkdaşlıq istisna deyil. Onun romantik xarakter alacağı da gözlənlir. Soyuqdəymədən özünüzü qoruyun.

Əqrəb
Heç bir uğur vəd etməyən, cansıxıcı işlər görməyə məcbursunuz. Bürcün bəzi nümayəndələrinin səbr kasası daşacaq və ətrafdakılarla dalaşacalar. Bu gün üçün fiziki iş münasibdir. Əhvalınızı sevdiyiniz şəxs qaldıracaq.

Oxatan
Sizə elə gəlir ki, ətrafdakılar uğurlarınızdan bixəbərdir. Buna görə bu barədə söhbət açaraq özünüz danışacaqsınız. Şəxsi müstvidə işlər yaxşılığa doğru dəyişməkdədir. Əhvalınız yaxşı olacaq. Planlaşdırmadığınız səfər uğurlu keçəcək.

Oğlaq
Dəyişkən əhvalda olacaqsınız. Buna baxmayaraq, ciddi səhvə yol verməyəcəksiniz. Yumor hissinizin zəngin olması yaxın ətrafla ünsiyyətinizə xüsusi zövq qatacaq. Günün sonlarında əhvalınız korlana bilər.

Dolça
Cəsarətli olun. Çünki mübarizədə qələbə qazanmaq şansı böyükdür. Ciddi fiziki işlərdən uzaq durun. Çünki zədə almaq ehtimalı var. Ulduzlar rahat ayaqqabı geyməyi də tövsiyə edir.

Balıqlar
Zəhmət, səy və səbr – uğurlarınızın təminatı deməkdir. Bir sözlə, professinal sferadakı uğurlarnıza həsəd aparmaq olar. Aktiv istirahət (idman və ya rəqslə məşğul olmaq) üçün əlverişli gündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.