12.12.2021 Gündəlik Bürclər (12 Dekabr 2021 Günlük Bürclər)

11 Aralık 2021
3 012
0
12.12.2021 Gündəlik Bürclər (12 Dekabr 2021 Günlük Bürclər)
Qoç
Istənilən görüş üçün əlverişli gündür. Ünsiyyət xoş olacaq. Tələsməyin, çünki problemləri birdəfəyə həll edə bilməyəcəksiniz. Maliyyə işlərinin həllinə həmişə etibar etdiyiniz adam mane olacaq. Çoxdankı müttəfiqinizi itirə bilərsiniz.

Buğa
Yeni ideyalarınızı reallaşdırmaq üçün kifayət qədər enerji və gücə sahibsiniz. Bir sözlə, təslim olmayacaqsınız. Işgüzar səfərə çıxmaq olar. Xarici partnyorlarla danışıqlar aparmaq, xarici dil öyrənmək olar.

Əkizlər
Çətin və vacib işlər üçün münasib gündür. Çətinliklər sizi qorxutmayacaq. Işdə xırda anlaşılmazlıqlar yaşana bilər. Daşınmaz əmlakın alqı-satqısı, yer dəyişmə, təmir işlərinə başlamaq üçün əlverişli gündür. Günün sonunda gəliriniz olacaq.

Xərçəng
Uğursuz gündür. Çox çətinliklərlə qarşılaşacaqsınız. Rəhbərliklə dil tapmaq çətin olacaq. Bu üzdən iş yerinizi dəyişmək fikrinə düşəcəksiniz.

Şir
Uzaq səfərə çıxmaq məsləhət deyil. Evə nə qədər yaxın olsanız, günü bir o qədər yaxşı keçirəcəksiniz. Ehtimal ki, işgüzar təklif alacaqsınız. Zədə almaq ehtimalı da var. Buna görə ehtiyatı əldən verməyin. Idmanla məşqçinin nəzarəti altında məşğul olun.

Qız
Yaranmış situasiyanı analiz etmək üçün kifayət qədər vaxtınız olacaq. Buna görə tələsməyin. Aktiv istirahət, uzun gəzinti üçün xoş gündür. Gözlənilməz hədiyyə istisna deyil.

Tərəzi
Öz fikirlərinizi açıqlamağa tələsməyin. Şəxsi xarakterli vacib məsələləri bu gün müzakirə etməyin. Çünki ünvanınıza tənqid eşidə bilərsiniz. Bu gün orqanizminiz həssas olacaq deyə, özünüzü qoruyun.

Əqrəb
Işgüzar müstəvidə uğurlar gözlənlir. Gün kommersiya fəaliyyəti üçün münasibdir. Fiziki yükü azaltmağınız məsləhətdir. Bu gün liderlik xüsusiyyətinizi göstərməyin mənası yoxdur, çünki diqqətdən kənarda qalacaq.

Oxatan
Sürətli hərəkət etməyi bacarın. Bu gün zamanın keçdiyindən xəbərsiz olacaqsınız. Xoşbəxtlikdən hissiyyatınız sizi aldatmayacaq. Bu gün təməli qoyulan münasibət çətin ki, xoş olsun.

Oğlaq
Maliyyə işləri xüsusi diqqət tələb edəcək. Pulla bağlı məsələlərin həllində düzgün qərar vermək çətin olacaq. Işdə müdiriyyətlə aranızda fikir ayrılığı ola bilər. Günün ikinci yarısında səhhətinizə fikir verin.

Dolça
Işdə problemlər yaşana bilər. Bilik və təcrübəniz kifayət etməyəcək. Bu səbəbdən müttəfiqlərdən, təcrübəli həmkarlarınızdan yardım istəməli olacaqsınız. Günün maliyyə mənzərəsi yaxşı olacaq. Gözlədiyinizdən də artıq gəliriniz olacaq.

Balıqlar
Vacib görüş və işgüzar danışıqlar üçün münasib gündür. Bir zamanlar yola getmədiyiniz adamla yaxşı dil tapacaqsınız. Günün ikinci yarısında üstünüzdə böyük məbləğdə pul gəzdirməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.