11.04.2022 Gündəlik Bürclər (11 Aprel 2022 Günlük Bürclər)

10 Nisan 2022
3 468
0
11.04.2022 Gündəlik Bürclər (11 Aprel 2022 Günlük Bürclər)
Qoç
Yeni işlərlə məşğul ola bilərsiniz. Sizi uğur gözləyir. Həyat eşqi yüksək olduğundan standart olmayan qərarlar verəcəksiniz. Maliyyə işlərinizi sahmana sala bilərsiniz. Gəlirinizi artırmaq məqsədilə sövdələşmə imzalaya bilərsiniz. Amma ulduzlar bildirir ki, pul əlinizə elə də asanlıqla gəlməyəcək.

Buğa
Gün qarşınızda az imkanlar açacaq deyə, uğur qazanmaq şansı da azdır. Amma indkarlığınızla nəyəsə nail ola bilərsiniz. Ətrafdakılarla elə də asanlıqla dil tapamayacaqsınız. Ünsiyyətdə olarkən vahid hərəkət xətti seçmək mümkün olmayacaq.

Əkizlər
Sizi uğursuz gün gözləyir. Neqativ tendensiyalar getdikcə güclənəcək. Yaxşı düşünün, səhvə yol vermək ehtimalı böyükdür. Sizə dəstək verəcək birisi çətin tapılsın. Zamanla bağlı problemləriniz yaranacaq – gah gecikəcəksiniz, gah da vaxtından tez gedərək gözləməli olacaqsınız. Hər iki hal sizi qıcıqlandıracaq.

Xərçəng
Darıxdırıcı, ancaq kifayət qədər də maraqlı gündür. Siz hər dəfə ehtiyatlılıq nümayiş etdirdiyinizdə situasiya daha da dolaşıq və çətin olur. Nəticədə yeni macəralar yaşayacaqsınız. Yaradıcılıq potensialınız göz önündədir, ideyalarınız bir-birindən əla olacaq.

Şir
Səbrli olun. Qarşıya qoyulan məqsədə tez çatmaqdan söhbət gedə bilməz. Gün çox da çətin olmayan işlərin həlli üçün münasib hesab edilir. Xoşməramlı olmayan adamlarla görüş və ünsiyyətdən uzaq durun. Bu gün onların təsirindən qurtulmaq asan deyil.

Qız
Günün hadisələrini birmənalı qiymətləndirmək olmaz, çünki onların gedişatı sizin əhvalınızdan asılı olacaq. Ona görə də hesabınızı səhər tezdən götürün, əgər əhvalınız nikbindisə, uğurdan danışa bilərsiniz. Sizi sevirlər, buna şübhə etməyin.

Tərəzi
Günün birinci yarısı pis keçməyəcək. Lakin getdikcə müsbət ab-hava sovrulacaq. Bu, özünü ilk növbədə ətrafdakılarla münasibətdə göstərəcək. Daha sonra isə həyatdan şikayətçi olacaqsınız. Hansısa vacib olmayan, amma xoş təsir aldığınız işlə başınızı qarışdırın, yoxsa qara fikirlər sizi bütünlüklə bürüyəcək.

Əqrəb
Ideyalarınızın hamısının uğurlu olduğunu düşünürsünüzsə, yanılırsınız. Nəticə çıxarmağa həmişə tələsirsiniz. Bu isə gələcək üçün yanlış qərar vermək deməkdir. Gün boyu əhvalınız elə də yaxşı olmayacaq və axşama doğru daha da pisləşəcək. Davamlı diqqət tələb edən işləri kənara qoyun ki, bir balaca yüngülləşəsiniz.

Oxatan
Günü pis saymaq olmaz, lakin xoşagəlməz hallardan da uzaq olmayacaq. Xoşbəxtlikdən, problemlər o işlərdə özünü göstərəcək ki, siz onlara elə də böyük əhəmiyyət vermirsiniz. Günün ümumilikdə alaqaranlıq mənzərəsinə şəxsi müstəvidəki işləriniz parlaqlıq qatacaq.

Oğlaq
Əhatənizdəkilər sizə qarşı çox tələbkardır. Bu da sizin əsəbiləşməyinizə, mübahisə etməyinizə səbəb olur. Hətta bəzən elə əsəbi olursunuz ki, sizə güzəştə gedənləri də fərqləndirmirsiniz. Vacib işlərin həllilə sərbəst məşğul olmağınız məsləhətdir.

Dolça
Ətrafdakılarla münasibətləri aydınlaşdırmadan əvvəl özünüz üçün aydınlaşdırın. Çünki bu gün siz istədiklərinizi reallıqla qarışdıracaqsınız. Bu isə ətrafdakılarla aranızda fikir ayrılığına gətirib çıxaracaq. Istirahətə məhəl qoymamaqla həm səhhətinizi, həm də əhvalınızı təhlükə altına atacaqsınız.

Balıqlar
Sizi narahat edən suallara çalışın ki, cavab alasınız. Çünki sabah bunu etmək daha çətin olacaq. Bu gün fikirləşmək üçün ideal zamandır. Amma xəyallara dalaraq real həyatdan uzaqlaşmaq düzgün olmaz. Bu halda maraqlı imkanları itirəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.