22.08.2022 Gündəlik Bürclər (22 Avqust 2022 Günlük Bürclər)

21 Ağustos 2022
3 380
0
22.08.2022 Gündəlik Bürclər (22 Avqust 2022 Günlük Bürclər)
Qoç
Yarımçıq qalmış işlərinizlə məşğul olun. Çünki tamamlamadığınız işlər, öhdəliklər çoxdur. Ona görə də bütün enerjinizi toplayın ki, qarşınıza çıxacaq maneələri dəf edə biləsiniz. Bu gün səmərəli və maraqlı təkliflər alacağınız da ehtimal edilir.

Buğa
Gözlənilməz təkliflər ala bilərsiniz. Ulduzlar təklifə razılıq verməyinizi tövsiyə edir. Əgər sükan arxasında olacaqsınızsa, onda bu gün nəqliyyatla bağlı ehtiyatlılığı əldən verməyin. Bu gün istənilən siyasi mübahisədən uzaq durmağınız məsləhətdir.

Əkizlər
Daxili sabitliyinizi qorumaq üçün inandığınız insanların əhatəsində olmağa çalışın. Dedi-qodudan, mistik düşüncələrdən uzaq durun. Fitnələrə uymamaq üçün tədbirli olun. Ailə üzvlərinizə qarşı aqressivlik yolverilməzdir.

Xərçəng
Perspektivli təkliflər alacaqsınız. Çalışın, imtina etməyəsiniz. Çoxdan bəri sizə sıxıntı gətirən maliyyə problemləriniz də qaydasına düşəcək. Bu arada, doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına imkan verməyin, ələlxüsus da yaşlılarla xoşrəftar olun.

Şir
Yaxşı olar ki, ilk növbədə yuxu və qida rejiminizə diqqət yetirəsiniz. Bunun qarşınızda duran şəxsi problemlərinizin həllində əhəmiyyətli rolu ola bilər. Bəzi sürprizlər də olacaq. Fəaliyyət dairənizi genişləndirmək istəyirsinizsə, darıxmayın. Çünki geniş imkan qazanacaqsınız.

Qız
Aldığınız təkliflərə gözübağlı “hə” deməyin, əks təqdirdə aldana bilərsiniz. Rəhbərliklə münasibətlərə diqqət yetirin. Fəaliyyət müstəvisində təşəbbüskarlığı əldən verməyin. Uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirmək yerinə düşər. Səfərə çıxa bilərsiniz.

Tərəzi
Səhhətinizdəki passivlik işə ara verməyinizi diqtə edir. Öz qayğınıza qalın. Əgər nikbin ovqat qazanmaq istəyirsinizsə, ailə-sevgi münasibətlərinə, ümumiyyətlə, cəmiyyətə fərdi baxışlarınızı dəyişin. Ulduzların bu məsləhətini qulaqardına vurmayın.

Əqrəb
Daxili gərginliyinizi azaltmaq üçün mənfi enerjinizi başqalarına yönəltməyin. Acıdil olmaq, ətrafdakıların əməyini heçə endirmək, başqalarında qüsur axtarmaq yaxşı əlamət deyil. Bu gün nüfuz dairəniz genişlənəcək.

Oxatan
Lazımsız yerlərə xərc çəkməyi dayandırın. Bir sözlə, hər bir məsələdə reallığa və məntiqə əsaslansanız, faydasını görərsiniz. Bu gün işgüzar sövdələşmələr xeyrinizə olacaq. Amma təşəbbüskarlığınızı əldən verməməyiniz də məsləhət görülür.

Oğlaq
Sabahın qlobal işlərini bu gündən planlaşdırın. Çünki növbəti günlərdə buna imkan tapmayacaqsınız. Istənilən riskli işdən, bələd olmadığınız sahələrə sərmayə qoymaqdan və böyük məbləğdə borc verməkdən uzaq durun. Istirahət günlərini daha çox doğmalarınızla münasibətləri möhkəmləndirməyə həsr edin.

Dolça
Özünüzü səmimi olaraq, haqlı sayırsınızsa, deməli problem yoxdur. Bu gün reallaşdıracağınız istənilən riskli işlər uğurla nəticələnəcək. Odur ki, fəal olun. Şəxsi büdcənizdə qismən də olsa, irəliləyiş olacaq. Ailə-sevgi münasibətlərində səmimi olun.

Balıqlar
Ulduzlar məsləhət görür ki, başqalarında qüsur axtarmaqdansa, faydalı işlərlə məşğul olasınız. Sabahkı gününüz bu gün ətrafdakılarla davranışınızdan və nə dərəcədə səmimi olmağınızdan çox asılıdır. Ulduzlar məhəbbət müstəvisində böyük gedişlər etmək üçün sizə yardımçı olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.