23.08.2022 Gündəlik Bürclər (23 Avqust 2022 Günlük Bürclər)

22 Ağustos 2022
2 916
0
23.08.2022 Gündəlik Bürclər (23 Avqust 2022 Günlük Bürclər)
Qoç
Çalışın bu gün pula qənaət edin, çünki yanlış insanlarla və səhvlərlə üzləşə bilərsiniz. Ulduzlar hər kəsə inanmağa çağırır. Bürcün subay nümayəndələrinin tezliklə yarısını tapacağı gözlənilir. Gününüz gözəl və romantik müstəvidə keçəcək.

Buğa
Ulduzlar bildirir ki, yeni iş yeri arzu edənlər istəklərinə çatacaqlar. Bu, gözlənilmədən baş verəcək. Bürcün bəzi nümayəndələri hətta inamını artıq itirdikdən sonra istəyinə çatacaq. Ürəyiniz istəyən adamla tanış olacağınız və münasibətlərinizin uzunmüddətli, ciddi olacağı proqnozlaşdırılır.

Əkizlər
Bu gün boş vədlər verməyin. Çünki bu gün verdiyiniz sözə əməl etmək lazım gələcək. Vədinizə xilaf çıxsanız hörmətdən düşəcəksiniz. Ikimənalı ifadələr işlətməməyiniz də məsləhətdir. Bu, ətrafdakılarla münasibətdə sizə kömək olacaq.

Xərçəng
Sakit gündür. Özünüzü gümrah, depressiyasız və sağlam hiss edəcəksiniz. Çoxdandır belə vəziyyətin həsrətində idiniz. Belə şərait yaxşı dincəlməyinizə yardım edəcək. Bu gün ürəyiniz istəyən işlə məşğul ola bilərsiniz.

Şir
Maraqlı iş təklifləri gözlənilir. Ulduzlar təklifi qəbul etməyi məsləhət bilir. Çünki biliyiniz və gücünüz bunun üçün yetərlidir. Şəxsi müstəvidə bəzi çətinliklər gözə çarpacaq. Bu da depressiyaya və ya stresə səbəb ola bilər.

Qız
Bu gün davranışlarınıza diqqət yetirsəniz yaxşı olar. Ulduzlar sevgilinizə bir az sərbəstlik verməyi məsləhət bilir. Bu həm də sizin üçün faydalı olacaq. Yersiz qısqanclıq və düşünülməmiş ifadələr münasibətlərinizə son qoya bilər. Çalışın emosiyalara qapılmayasınız.

Tərəzi
“Tərəzi”ləri hər sahədə sakitlik gözləyir. Yaxşı olar ki, gərgin iş üçün enerji toplayasınız. Ən əsası isə odur ki, hər kəsə qarşı diqqətli olun. Ətrafdakıların fikirlərini ciddiyə almayın, çünki sizə yanlış məsləhət verə bilərlər.

Əqrəb
Gün “Əqrəb”lərə sürprizlər hazırlayıb. Qısa müddətdə çoxlu müsbət hadisələr baş verəcək. Gücünüz və səbriniz çatsa, günün xoş olaylarını qaçırmayacaqsınız. Vaxt və enerjinizdən səmərəli istifadə edin, çünki hadisələrin çoxluğundan günün sonu bir az ağır keçə bilər.

Oxatan
Bu gün səmimilik və ürəkaçıqlıq nümayiş etdirsəniz yaxşı olar. Bu gün sizin həyatınızda çox vacib hadisə baş verəcək, onun müsbət və ya mənfi sonluqla bitəcəyi haqda siz qərar verəcəksiniz. Ola bilsin bu hadisə bütün gələcək həyatınızı tamamilə dəyişəcək.

Oğlaq
Bu gün öz dünyanızla mübarizə aparacaqsınız. Fikirlər bir-birini üstələyəcək. Indi elə bir məqamdır ki, bütün düşüncələri kənara atmalısınız. Keçmişinizi xatırladan biri ilə görüş ola bilər, unudulmuş hisslər yenidən alovlana bilər. Həmin şəxslə münasibətləri bərpa edib-etməmək sizdən asılı olacaq.

Dolça
Gün üçün planlarınızı əvvəlcədən qurun. Heç bir kiçik detalı nəzərdən qaçırmayın. Hərəkət və sözlərinizə diqqət yetirin, çünki bu gün istəmədən kiminsə xətrinə dəyə bilərsiniz. Işinizə məsuliyyətlə yanaşın, onu itirmək təhlükəsi var. Dedi-qodudan uzaq durum ki, çıxılmaz vəziyyətə düşməyəsiniz.

Balıqlar
Şəxsi müstəvidə vəziyyət sakit olacaq. Işiniz əla gedəcək və böyük uğur qazanmaq şansınız var. Buna baxmayaraq, bu gün çətinlikləriniz də olacaq. Iş yoldaşlarınız, ailə, dostlar sizdən diqqət tələb edəcək, çalışın onları məyus etməyəsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.