29.08.2022 Gündəlik Bürclər (29 Avqust 2022 Günlük Bürclər)

28 Ağustos 2022
3 257
0
29.08.2022 Gündəlik Bürclər (29 Avqust 2022 Günlük Bürclər)
Qoç
Bu gün yoldaşlarınız sizi lazımsız maliyyə xərclərinə vadar edə bilərlər. Planlarınızı hamıya danışmayın. Aldadıcı təkliflər də ala bilərsiniz. Təklifi qəbul etsəniz kifayət qədər ciddi problemləriniz yaranacaq.

Buğa
Bu gün peşəkar və şəxsi başlanğıclarınıza güvənə bilərsiniz. Bir çox işin öhdəsindən gələcəksiniz. Həmkarlarla aranızda problemlər yarana bilər. Gün dostluq görüşləriylə zəngin olacaq. Həmçinin istənilən iş danışıqları uğurlu keçəcək.

Əkizlər
Bu gün bəxtiniz gətirəcək. Ailə problemlərinin həlli ilə məşğul olmağınız məsləhətdir. Bu günə planlaşdırdığınız istənilən səyahətdən imtina edin. Işdə çox yüklənməkdən boyun qaçırın. Bu, səhhətinizə mənfi təsir göstərə blər.

Xərçəng
Ətrafınızda bəzi mübahisələr yaşanacaq. Belə durumda sakit və nəzakətli davranmağa çalışın. Bununla belə özünüzü zəif şəxs kimi göstərməyin. Özünüzə istirahət verməyi unutmayın. Uğursuzluqlarla qarşılaşırkən səbirli olun.

Şir
Gərgin zehni işlər sizi gözləyir. Vərdiş etmədiyiniz işlərlə məşğul olmaq sizin üçün asan olmayacaq. Bütün dəyişikliklər sizin xeyrinizə olacaq. Ehtimal ki, son anda planlarınızı dəyişəcəksiniz. Çalışın dostlarınızla əlaqəni kəsməyəsiniz. Belə ki, yalnız onlar sizə problemlərinizin həllində kömək ola bilərlər.

Qız
Işdə mübahisələrdən uzaq olmağa çalışın. Ulduzlar boş vaxtınızı idmana həsr etməyi tövsiyə edir. Həftə uğurlu olacaq. Bu gün mübahisəli vəziyyətlə qarşılaşacağınız da gözlənilir. Bir sıra perespektiv təkliflər almağınız istisna edilmir, amma bu təklifləri tələsik qəbul etməniz məsləhət görülmür.

Tərəzi
Aktiv insanlarla eyni kollektivdə çalışaraq böyük uğur əldə edirsiniz. Ehtiyatlı olun, çünki qeybətin qurbanı ola blərsiniz. Uzaq səfərlərlə bağlı yeni iş təklifi almaq ehtimalı da var. Karyera yüksəlişi gözlənilir.

Əqrəb
Qısa müddətli ezamiyyət sizi gözləyir. Bu gün kolleqa və müdriyyətlə mübahisə yarana bilər. O üzdən səbrli olun. Ulduzlar lazımsız şəxslərlə əlaqəni kəsməyi məsləhət görür.

Oxatan
Səfər barədə düşünmək olar. Əgər indidən planlaşdırsanız yolunuz uğurlu olar. Işdə mübahisə yaşanacaq. Buna görə də yaxşı olardı ki, kolleqalarınızla az ünsiyyətdə olasınız və müdriyyətin diqqətindən yayınasınız.

Oğlaq
Adət etmədiyiniz vəziyyətlə qarşılaşacaqsınız. Dediklərinizə sahib çıxmağa çalışın. Gərgin olmasanız faydasını görərsiniz. Maraqlı informasiya alacağınız da istisna deyil. Ehtimal ki, sizin gələcəyiniz ondan aslı olacaq.

Dolça
Dostlarınızın, yaxınlarınızın, kolleqalarınızın köməyindən istifadə edin. Intellektual səviyyənizi artırmaq üçün münasib gündür. Siz əlaqələri çox asanıqla qaydasına salacaqsınız, maraqlı insanlarla ünsiyyətdə olacaqsınız. Yaxınlarınızın köməyi sizi sevindirəcək.

Balıqlar
Peşəkar sahədəki uğurunuz sizi sevindirəcək. Qeybət və intriqalar artıq problemlər yaradacaq. Gizli düşməniniz özünü büruzə verəcək. Ehtiyatlı olun ki, sonradan məyus olmayasınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.